Uşaq niyə danışmır: körpə hansı yaşda neçə söz bilməlidir? - Pediatrdan açıqlama

  • 2022.04.14 15:05
  • 6243 Baxış
Uşaq niyə danışmır: körpə hansı yaşda neçə söz bilməlidir?   - Pediatrdan açıqlama


Son zamanlar uşaqlarda gec dil açma, nitq ləngiməsi problemi, 3-4 yaşına çatmış körpələrin danışmaqda tənbəllik etməsi valideynlərin qorxulu kabusuna çevrilib. Bir çoxları deyir ki, indiki dövrdə uşaqlar gec dil açır, bu normaldır.

Bəziləri isə uşağın ən geci 4 yaşında danışmağa başlayacağını gözləyir. Bəs uşaq neçə aylıqdan dil açmalıdır, yaş gəldikcə nə qədər söz bazası olmalıdır.


Bakupost.az xəbər verir ki, tanınmış pediatr Elşən Tağıyev uşağın yaşına görə nitq inkişafı kriteriyalarını açıqlayıb.

"1 yaşına çatmış uşaq anasının belə başa düşəcəyi formada anlaqlı bir neçə söz deməlidir. 18 aylıq uşaq 5-10 söz bilməlidir. 2 yaşında uşaq artıq 2 sözlü ifadələr deyə bilir: Ana, ata gəl, su ver, onu ver kimi.

3 yaşında isə 3 sözlü cümlələrdən istifadə etməlidir. Əgər szin övladınız bu göstəricilərə uyğun deyilsə, o deməkdir ki, uşağın nitqi geri qalır. Uşağın nitq ləngiməsinin bir çox səbəbləri var.

Ən çox rast gəldiyimiz, son zamanlar aktual olan telefon, planşet, televizordan, gadjetlərdən həddən artıq çox istifadədir. Digər səbəb 2 dilli, çox dilli mühitdə böyüməsidir.


Nitqi ləngiyən hər bir körpə mütləq eşitmə testindən də keçirilməlidir".


Aygün Musayeva
BakuPost