Uşaqlar və sosial media: yeni araşdırma

  • 2026.08.05 16:58
  • 110 Baxış
Uşaqlar və sosial media: yeni araşdırma

Yeni araşdırma uşaqların sosial mediaya erkən başlamasının məktəb göstəriciləri ilə əlaqəli ola biləcəyini göstərib.

Medicina.az xəbər verir ki, İtaliyada aparılan tədqiqatda 5 mindən çox şagirdin məlumatları araşdırılıb.

Nəticələrə görə, sosial media hesabını daha erkən yaşda açan uşaqların riyaziyyat və dil fənləri üzrə nəticələri daha aşağı olub.

Alimlər bildiriblər ki, 6-7-ci siniflərdə sosial mediadan istifadə etməyə başlayan şagirdlər daha gec başlayanlarla müqayisədə daha zəif akademik göstəricilər nümayiş etdiriblər.

Tədqiqat müəllifləri qeyd edirlər ki, nəticələr sosial medianın birbaşa səbəb olduğunu sübut etmir, lakin uşaqların rəqəmsal vərdişlərinə nəzarətin vacibliyini göstərir.

Xanım,
Medicina.az