Uşaqlarda koviddən sonrakı fəsadların əlamətləri AÇIQLANDI

  • 2021.10.28 17:34
  • 1730 Baxış
Uşaqlarda koviddən sonrakı fəsadların əlamətləri  AÇIQLANDI
Alman alimləri kovid keçirmiş bir neçə yüz min uşağın tibbi məlumat bazalarının analizini aparıb.

Onlar uşaqlarda post kovid mərhələsinin necə keçdiyini və kovidin hansı problemlər yaratdığını araşdırıb.

Medicina.az xəbər verir ki, bir çox ölkələrdə koviddən sonra uşaqlarda nevroloji, psixoloji problemlər, depressiya, təşviş, qorxu, yorğunluq qeydə alınıb. Onlarda bu pozulmalar böyüklərdən daha çox rast gəlinir.


Eləcə də uşaqlar baş ağrısı, qarında ağrılardan şikayətlənir. Bu əlamətlərin nə qədər davam edəcəyi sual altındadır.