Uşaqlarda ürəkbulanma, qusma, ishal - Koronavirus əlaməti ola bilər

  • 2021.07.16 17:08
  • 3248 Baxış
Uşaqlarda ürəkbulanma, qusma, ishal  - Koronavirus əlaməti ola bilər

COVID-19 infeksiyası da bir virus infeksiyasıdır və qastroenteritlərə ən çox səbəb olan viruslardır”.

APA-nın məlumatına görə, bunu K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatrı, uzman Azər Əhmədov “Uşaqlarda gastroenteritlər” mövzusunda çıxışında deyib.



O bildirib ki, qastroenterit arasında virus infeksiyalarından ən çox rast gəlinən rota, adena viruslardır:


“COVID virusları da qastroenteritə səbəb ola bilir. COVID-19-un klinikası arasında ishal və qusma şikayətləri də olur. Bu zaman da biz simptomatik müalicəyə üstünlük veririk. COVID -19 mədə-bağırsaq sisteminə də təsir edə bilir. Amma hər ishal, qusmaya COVID -19 demək olmaz”.