Uşaqların yoluxduğu müəmmalı hepatitin səbəbi oyuncaqlardır - İDDİA

  • 2022.04.26 14:56
  • 2007 Baxış
Uşaqların yoluxduğu müəmmalı hepatitin səbəbi oyuncaqlardır  - İDDİA


Avropanın 11-dən çox ölkəsində 200-ə yaxın uşaqda səbəbi məlum olmayan qaraciyər hepatiti aşkarlanıb. ÜST bu barədə həyəcan təbili vurur.


Bakupost.az xəbər verir ki, Rusiyanın Elmi Mərkəzinin rəhbəri, Epidemioloji İnstitututun elmi işçisi Vadim Pokrovskiy bu hepatitin mənşəyini açıqlayıb.

O, ehtimal edir ki, qəfil və kəskin hepatitin səbəbi eyni toksik maddə tərkibli uşaq oyuncaqları ola bilər. Bu oyuncaqlar müxtəlif ölkələrdə satılır, oyuncaqları 3-6 yaş arası uşaqlar ağızlarına apardığı üçün onda olan rəng və ya toksiki maddə qaraciyəri zəhərləyib.

Pokrovskiy buna səbəb kimi koronavirusu əsas gətirməyi yanlış hesab edir.Uşaqların eyni qidanı qəbul etnəsi və ya eyni oruncaqla təması dəqiqləşməlidir. Bu, toksiki təsirdir.

Müxtəlif ölkələrdə olduğu üçün eyni qida istisna edilir. Deməli, bir şübhə qalır: oyuncaq.

Qeyd edək ki, qaraciyərin zədələnməsi toksiki təsirlərdən, hər hansı rəngləyici vasitədən də ola bilər.

Bundan öncə, kimyəvi və bioloji silahlar üzrə mütəxəssis İqor Nikulin demişdi ki, uşaqlarda hepatit virusu alovlanması süni olaraq, hansısa silahın təsiri nəticəsində ola bilər. Burda insan amili var.

Aygün Musayeva
BakuPost