Yatmazdan əvvəl qatıq yeməyin faydaları

  • 2025.09.02 22:21
  • 200 Baxış
Yatmazdan əvvəl qatıq yeməyin  faydaları

Yatmazdan əvvəl qatıq yemək həm həzm, həm də yuxu keyfiyyətinə müsbət təsir göstərir.

Medicina.az yatmazdan əvvəl qatıq yeməyin faydalarını təqdim edir:

Həzm sisteminə faydalıdır

Tərkibindəki probiotik sayəsində gecələr yeyilən qatıq bağırsaq sağlamlığını dəstəkləyir.

Yuxunu təşviq edir

Tərkibindəki kalsium və zülal yuxuya keçidi asanlaşdırır, nəticədə yuxu daha keyfiyyətli olur.



Metabolizmi dəstəkləyir

Gecələr qatıq istehlakı maddələr mübadiləsini tənzimləməyə kömək edər.

Toxluq hissini təmin edir

Xüsusilə gecə gec saatlarda aclığı yatırır və qeyri-sağlam qəlyanaltıların qarşısını alır.

Sümük sağlamlığını gücləndirir

Qatığın tərkibindəki kalsium sümük və diş sağlamlığının qorunmasında təsirlidir.

Aygün
Medicina.az