Yayda buzlu su içmək həmişə faydalıdırmı?

  • 2026.07.22 16:12
  • 312 Baxış
Yayda buzlu su içmək həmişə faydalıdırmı?

İsti havalarda buz kimi soyuq su içmək insanı dərhal rahatlaşdırsa da, mütəxəssislər bunun hər zaman ən yaxşı seçim olmadığını bildirirlər.

Medicina.az xəbər verir ki, çox soyuq su susuzluq hissini tez azaldır və insanın kifayət qədər su içmədən dayanmasına səbəb ola bilər.

Bundan əlavə, buzlu su qısa müddət ərzində tərləməni də azalda bilər ki, bu da bədənin təbii soyuma mexanizmini zəiflədir.

Mütəxəssislər isti havalarda susamağı gözləmədən, gün ərzində tez-tez və az-az, mümkün qədər sərin, lakin buz kimi olmayan su içməyi tövsiyə edirlər.

Xanım,
Medicina.az