Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yayda torpaqda ayaqyalın gəzin – Həkim

  • 2025.05.31 16:46
  • 328 Baxış
 Yayda torpaqda ayaqyalın gəzin  – Həkim


Ayaqyalın gəzmək duruşunuzu və onurğanın sağlamlığını yaxşılaşdırmağa kömək edəcək.


“Medicina” xəbər verir ki, bu barədə idman həkimi, reabilitasiya mütəxəssis, kinezioloq Valeri Vasilyev məlumat verib.


O, aydınlaşdırıb ki, ayaqda gəzinti zamanı masaj edilən aktiv nöqtələr var, xüsusən də daşlarda gəzmək bu nöqtələrə faydalıdır.

"Nöqtələr bədənin müxtəlif hissələrinə və daxili orqanlara uyğun gəlir (məsələn, baş barmaq başdır).

Ona görə də biz ot və ya çınqıl daşlarının üzərində gəzərkən bədəni stimullaşdırır və müalicəvi təsir göstərir”.

Onun sözlərinə görə, narahat ayaqqabılarla gəzmək yerişi pozur və kürəkdə gərginliyin inkişafına təhlükə yarada bilər, onsuz gəzinti isə duruşa yaxşı təsir edir. Həkim əlavə edib ki, evdə ayaqyalın gəzməyə də dəyər.


Yay aylarında maksimum ayaqyalın gəzin, xırda çınqıl və daşlıq ərazi tapın, qumda dabanlarınızı masaj edin.

Aygün Musayeva