Döyənəkdən xilas olmaq üçün QƏPİK-QURUŞLUQ ÜSULLAR

  • 2018.04.19 15:45
  • 75745 Baxış
Döyənəkdən xilas olmaq üçün  QƏPİK-QURUŞLUQ ÜSULLAR
Mazol adətən ayaqlarda meydana gələn sərt təbəqədir və insanı narahat edir. Mazoldan xilas olmağın bir çox üsulları var.

 

Lakin Medicina.az-ın təqdim edəcəyi üsul ilə mazoldan çox asanlıqla xilas ola bilərsiniz.


Bir neçə damla suyun içərisinə bir neçə ədəd aspirin qarışdıraraq məcun hazırlayın. Mazolun üzərinə bu aspirin məcununu çəkin və bir bandaj ilə bağlayaraq bir gecə saxlayın. Bu prosedur mazoldan xilas olanadək təkrarlanmalıdır.


Ayaq barmaqları arasında tər səbəbi ilə göbələk və mazol daha tez yarana bilər. Bu səbəbdən xüsusilə ayaq barmaqları arasındakı nahiyəyə və ayaqların üzərinə qarğıdalı nişastası tökün. Bu, rütubəti almağa kömək edəcək.


Bununla yanaş mazolun üzərinə bir dilim ananas qoyaraq da bu dərddən xilas ola bilərsiniz.


Yaşıl və yetişmiş əncir suyu əllər və ayaqlardakı mazollar üçün effektli üsuldur. Bunun üçün yaşıl əncirlər qoparıldıqdan sonra suyu sıxılır və gündə 3 dəfə mazol olan hissəyə tətbiq olunur. Bu, mazolu yox etməyə kömək edərək, təkrarlanmasının qarşısını alacaq.

 

Şəhanə Quliyeva