Dəri xərçənginə qarşı ilk fərdiləşdirilmiş peyvənd sınaqdan keçirilir

  • 2024.04.26 19:30
  • 521 Baxış
Dəri xərçənginə qarşı ilk fərdiləşdirilmiş peyvənd sınaqdan keçirilir
Böyük Britaniyada dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk "fərdiləşdirilmiş" mRNT peyvəndinin sınaqları keçirilir.

Medicina.az BBC-yə istinadən xəbər verir ki, ötən ilin avqustunda baş dərisində melonoma akşarlanan və cərrahi yolla bundan xilas olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirən ilk xəstələrdən biridir.

Peyvənd immunitet sisteminə qalan xərçəng hüceyrələrini tanımağa və məhv etməyə kömək etmək üçün hazırlanıb. Bu yolla xərçəngin geri qayıtmayacağına ümid edilir.

"mRNA-4157 (V940)" adlı peyvənddə mövcud Covid vaksinləri ilə eyni texnologiyadan istifadə edilir və hazırda onun 3-cü faza sınaqları keçirilir.

London Universitet Kolleci Xəstəxanasında aparılan sınaqda həkimlər bu peyvəndi immun sisteminin xərçəng hüceyrələrini öldürməsinə kömək edən pembrolizumab və ya Keytruda adlı dərmanla birlikdə verirlər.

Peyvənd fərdi şəkildə təklif olunur, yəni onun strukturu hər bir xəstəyə uyğun olaraq dəyişdirilir.


Aysel