Müalicə gimnastika və sudan başlayır, dərman ən sonda gəlməlidir - Özünü əlillikdən xilas edən Bubnovski

  • 2019.02.07 17:10
  • 44358 Baxış
Müalicə gimnastika və sudan başlayır, dərman ən sonda gəlməlidir -  Özünü əlillikdən xilas edən Bubnovski

Professor Sergey Bubnovski nəinki Rusiyada, həmçinin dünyada da öz xüsusi metodikası ilə məşhur olan həkim və onlarla kitab müəllifi kimi tanınır.


O, fiziki hərəkət, masaj, idmanla həm özünü, həm də yüzlərlə xəstəni çoxsaylı xəstəlik zəncirindən xilas edib.


Maraqlısı odur ki, həkim olsa da o, dərmanla müalicənin əleyhinədir və özü xəstəxanada əlil vəziyyətdə yatdığı bir vaxtda dərmanlarla xilas ola bilməyəcəyini anlayıb. 


İtirilmiş sağlamlığını geri qaytarmaq üçün Bubnovksi orqanizmin gizli özünü bərpa rezervlərinə təsir etməklə daxildən güc tapıb müalicə olunmaq metodlarını işləyib hazırlayıb.


Öz xəstəliyi ilə mübarizədən qalib çıxan Bubnovskiy hazırda fiziki forması və sağlamlığı, ildən-ilə daha da cavanlaşıb güclənməsi ilə gündəmdədir.


Onun tərəfindən hazırlanan Kineziterapiya bu gün dünyada onlarla ən ümidsiz xəstəni belə ayağa qaldırmaq üçün uğurla tətbiq olunur. 


Bakıda da Bubnovskinin onurğa mərkəzinin şöbəsi var.

 

Sergey Bubnovsky ile ilgili görsel sonucu 

 


Medicina.az məşhur professorun 100 dərmana bərabər fikirlərini təqdim edir:


1. Xəstələndikdə diaqnoz nə olursa-olsun yazılan dərmanların, preparatların möcüzə yaradacağına ümid edib gözləmək olmaz. Orqanizmin daxili rezervlərinə təsir edin. Bu hər kəsdə var.


2. Hər səhər səhər gimnastikası edin. Gimnastika sizin üçün çaydan, kofedən də vacib olmalıdır. Gimnastika etmək istəmirsinizsə, azı 20-30 dəfə oturma hərəkəti edin. 


3. Heç bir kardioloq sizi hipertoniyadan tam müalicə etməyəcək. Dərmanlar ömür boyu yanınızda olmalıdır. Hər dəfə yeni dərman yazacaqlar. Mən hələ dərmanla təzyiqdən tam xilas olan xəstə görməmişəm.


4. Xəstəxanaya hər gün yüzlərlə xəstə girir, yüzlərlə də çıxır. Mən xəstəxanadan sağlam çıxan xəstə görmədim. Çıxanlar sağ qalanlar idi. Özüm də ordan əlil çıxmışdım. Əgər özümə kömək etməsəydim, hələ də əlil qalmışdım.


5. Əgər sizdə döş qəfəsinizdə ağrı başlayırsa, həkimə, aptekə qaçıb, tez dərman qəbul edirsiz, guya ki, nəyisə profilaktika etdiniz. Elə dərman var, ürəyin işemik xəstəliyi olmasın deyə təsir edir. Əslində isə heç bir qoruma baş vermir. Çünki sinədə ağrı, işemik xəstəlik təkcə ürəkdəki problemlə bağlı deyil. Bu bütün orqanizmin çağırışıdır. Dərmanlar isə xəstəliyi daha da dərinləşdirir.


6. Əgər bir həkim 40-45 yaşında pasiyentə deyirsə ki, "yaş artıq öz sözünü deyir, artıq ağrı vaxtıdır" və dərman yazır, o həkimdən qaçın. 


7. Paradoksdur: bizdə həkimlər zəif, xəstələnən uşağı idman dərsindən azad edir. Nəyə görəsə belə fikrə inanırlar ki, xəstə çarpayıda yatsa sağalacaq. Lakin hamı bilir ki, lal daşın altından su axmır. Sağlamlıq hərəkətdədir.


8. Hər gün kürəyi, beli düz saxlamaqla oturub qalxmaq hərəkətləri sizi çox problemlərdən azad edəcək. 


9. Hardasa kəskin ağrı olanda biz ora soyuq kompress qoyuruq. Axı ağrı ödem, həmin yerə maye yığımı deməkdir. Bunun üçünsə ağrı yerinə nəsə qoymaq yox, hərəkətlər etmək lazımdır ki, oynaqlardakı bu şişkinlik, maye qovub çıxarılsın. 

 



10. Stenokardiya – damarın daxili divarının iltihabıdır. Bu zaman döş qəfəsi arxasında ağrılar olur. Biz nə edirik? İdmanla, hərəkətlərlə o damarı sağaltmaq əvəzinə uzanıb dərman uduruq. Mən hələ yataqda yatıb damarlarını hərəkətə gətirib işlədən xəstə görməmişəm. 


11. Mənim dərmanım: hər səhər gimnastikadır. İnsan bu gimnastika ilə cavanlaşır. Çünki daim gimnastika ilə məşğul olan adamda köhnə hüceyrələrin əvəzinə yeniləri yaranır.


 

12. 108 il yaşamış uzunömürlü Boris Yefimovla görüşəndə ondan soruşdum: nə edirsən ki, belə gümrahsan. Dedi, heç nə. Gündə 400 dəfə oturma hərəkəti edirəm. Balaca, qoca kişi və 400 oturma? Bu yeganə universal metoddur ki, qanı bütün bədənə qovur. Qan isə həyat deməkdir. 

 

13. Bütün günü oturaq həyat keçirən, kompüter qarşısında çox işləyən gənclər elə işdəcə 1 saatdan bir 20-30 dəfə oturma hərəkəti edib, 10 qurtum su içsələr heç bir problemləri, ağrıları olmaz

 


Müalicə gimnastika və sudan başlayır, dərman ən sonda gəlməlidir -  Özünü əlillikdən xilas edən Bubnovski
Müalicə gimnastika və sudan başlayır, dərman ən sonda gəlməlidir -  Özünü əlillikdən xilas edən Bubnovski
Müalicə gimnastika və sudan başlayır, dərman ən sonda gəlməlidir -  Özünü əlillikdən xilas edən Bubnovski