peyvənd vacibdirmi? Qızılca:

  • 2019.04.16 11:17
  • 11766 Baxış
peyvənd vacibdirmi?  Qızılca:

Son zamanlar bir çox ölkələrdə qızılca xəstəliyinə yoluxma faktlarının artması ilə  bağlı xəbərlər gəlir. Bunun səbəbi nədir? Peyvənd vacibdirmi? Yoluxmamaq üçün nələr etmək tələb olunur? 


Medicina.az bu suallara cavab axtarıb. 


Bütün dünyada qızılcaya yoluxan insanların sayı durmadan artır. 


Bunun kökündə bir çox ölkələrdə insanların peyvəndlərdən könüllü şəkildə imtina etməsi dayanır. Bundan əlavə qızılca uşaq infeksion xəstəlikləri içərisində ən yoluxucu və ağırı hesab edilir. Kütləvi vaksinasiyadan əvvəl dünya əhalisinin 97%-i hələ uşaq yaşlarında bu xəstəliyi keçirib. Xəstəlik 20% hallarda pnevmaniya, otit, diarreya və ensefalit kimi letal nəticələrə gətirib çıxaran ağırlaşmalara yol açır. 


Müasir zamanda peyvəndləşmənin sayəsində xəstəliyə yoluxma 99% azalıb. 


Amma son zamanlarda vaksinasiyadan imtina nəticəsində yenidən kütləvi şəkildə qızılcaya yoluxma halları yaşanır. 

Əslində uşağa vaksinasiyanın olunub-olunmamasına pediatr qərar verməlidir. Həkim yalnız uşağın vəziyyətinə baxaraq vaksinin vurulma müddətini dəyişə bilər. 


Peyvənd olunmayan insanın 100% bu xəstəliyə yoluxacağını söyləmək olar. Bu xəstəliyə yoluxan orta hesabla hər 1000 nəfərdən 3-də letal (Ölüm) nəticə alınır. Buna görə də ona yüngül bir xəstəlik kimi baxmaq olmaz. Risk qrupuna əsasən körpələr, infeksion və onkoloji xəstəlikləri olan insanlar daxildirlər. 

Qızılca müvəqqəti olaraq immuniteti aşağı salır. Bu zaman orqanizmin yanaşı infeksiyaya yoluxması baş verə bilər. 


Müasir vaksinasiya uşaqlara 1-6 yaş arası tətbiq edilməlidir.


Lakin risk qrupuna daxil olan yetkin insanlar da peyvənd oluna bilərlər.

 

Təəssüflər olsun ki, qızılca peyvəndindən imtina olunması bu xəstəliyi yenidən həyat üçün təhlükəli xəstəliklər siyahısına daxil edib. 


Arzu

Medicina.az
peyvənd vacibdirmi?  Qızılca: