Qrip olan insan sağalana kimi evdə oturmalıdır. İşə getmək olmaz-Ölkənin baş epidemioloqu

  • 2018.02.21 15:44
  • 15498 Baxış
 Qrip olan insan sağalana kimi evdə oturmalıdır. İşə getmək olmaz- Ölkənin baş epidemioloqu

 Son günlər ölkədə yayılan kəskin respirator viruslarla mübarizədə həkimlərdən açıqlama və təlimat gözləyən əhaliyə daha bir məsləhət Səhiyyə Nazirliyi rəsmisindən gəldi. 


Medicina.az oxu.az-a istinadən xəbər verir ki, bugünkü AZDAS 2018 tədbirində Səhiyyə Nazirliyinin baş epidemioloqu, professor İbadulla Ağayev ölkədə yayılmış qriplə mübarizə barədə bunları bildirib: 


"Çox şirkətlərdə, idarələrdə infeksion xəstəliklərin daşıyıcıları işə gəlir. Onlar maska taxmır, ətrafda heç bir dezinfeksiyaedici tədbirlər görmürlər. Xəstə adam öskürür, asqırır, iş yoldaşları ilə ünsiyyətdə onları da yoluxdurur. 

 

Qrip kimi infeksion xəstəliklərin qarşısının alınmasında bütün vətəndaşlar həmrəy olmalıdır. Xəstəliyə yoluxmuş insan sağalana kimi evdə oturmalıdır, işə gəldikdə isə maska taxmalıdır”