Onkimarkerlər bir qrup kimyəvi maddələrdir ki, patoloji dəyişmiş toxumalarda yaranır. Onkoloji markerlər xəstədə xərçəng hüceyrələrinin olub-olmamasını təyin edir.
İlk olaraq bu analizdən keçməklə şiş markerinin qan zərdabında artdığını gördükdə, xəstədə hər hansı patoloji prosesin başlamasına işarədir və həmin insan ətraflı müayinələrə göndərilir.
Qeyd edək ki, onkomarkerlər həm də residiv və metastazların kliniki aşkar olunması üçün də istifadə olunur.
Dünyada hazırda daha çox tətbiq olunan effektiv onkomarkerlər:
Yumurtalıq xərçəngini təyin etmək üçün
CA125, CA 724, CA 199 və HE 4
Sübut olunub ki, xəstələrdə CA 125 markerinin səviyyəsi şiş prosesinin başlamasına 3-4 il qalmış yüksəlir. Həmçinin CA125 sirroz, hepatit, xolestaz, kistlər, endometrioz, mastopatiyada da qalxır.
Eləcə də uşaqlıq boynu xərçəngi, mədə, süd vəzi xərçəngində qalxır.
Vulva və uşaqlıq boynu xərçəngi
Marker: SCC
Çox informativ markerdir, xəstəliyi erkən mərhələdə təyin etməyə imkan verir.
Bağırsaq və düz bağırsaq xərçəngi
Markerlər: PEA, CA 199, CA 125
Kritik yüksək rəqəm artıq metastaz vermiş xəstələrdə olur. Əgər əməliyyat və müalicədən sonra PEA düşərsə, bu müalicənin effektivliyini göstərir.
Mədəaltı vəz xərçəngi
Markeri: CA 199, PEA
80% pasiyentlərdə artıq şübhələnməyə imkan verir və təsdiq olunub. Ümumiyyətlə, qanda CA 199 markerinin yüksək olması olduqca mənfi proqnozdur.
Mədə xərçəngi
Markeri: CA 724, PEA, CA 199
Mədəsində şiş olanların mərhələsindən asılı olmayaraq 70%-də CA 724 səviyyəsi yüksək çıxır.
Eləcə də onkomarkerlərlə böyrəklərin, yumurtaların, süd vəzilərinin, qalxanvari vəz, ağciyərlərin, prostat vəzi, dəri xərçəngi Melanoma kimi onkoloji şişləri bu və ya digər dərəcədə təyin etmək olur.
Amma onkomarker analizi verərkən bunları da nəzərə alın:
-Kəskin və xroniki iltihab proseslərində markerlər yüksələ bilər
-Siqaret, nikotin çəkənlərdə onkimarkerlər çəkməyənlərdən 2 dəfə yüksək çıxır.
-Hamilələrdə AFP markerin artması normadır
-Hətta qan analizində onkomarker göstəricisi normal çıxsa da bu şiş olmadığına tam əminlik yarada bilməz.
-Ona görə digər əlamətlərə görə, həkimlə məsləhətləşərək müvafiq müayinələrdən keçmək, bu məsələyə kompleks yanaşmaq lazımdır.
Onkomarker analizlərindən ELMED klinikasından sərfəli qiymətə keçə bilərsiz. Analizlər səhər acqarına verilir.
Elmed Klinikası
Binəqədi rayonu, MirCəlal küçəsi 51
Tel: 431 13 77
CA125 uşaqliq ankomarkeri norma<35.U/ml netice 39.36.mende uşaqliq tam çixarilmasi meqsede uygundurmu.47 yaş
Salam mende yumurtaliq onkomarkeri 13 xercengdir xahis edirem cavablayardiz
Onkomarkere baxib qerar tam deqiq diaqnoz qoymaq olmaq diger muayine metodlari da var ki olardan da istifade edilmelidir meselen mrt kt , yumsaq toxuma usi ve s.
Goyuslu
Salam məndə qalxanavəri vəzdə zobda onkomarker 176.2 xərcəngdi ya yox
Salam.ağciyər üçün hansı ankomarker analizi vermək lazımdı
Salam,onkomarker 300-den çox çixib.Çox tehlukelidir?
Salam .Mənim atamda mədəni çıxardıblar .3 dərəcəli az diferensiyalı karsinomatoz diaqnozu qoyublar .ürəyində stend olduğuna görə ximya elımədilər 3 kurs kapeda qəbul elədi .amma xeyur olmadı peritona metazdaz verib .2 kursudu ximya olunur .onkomarkerlərri CEA10.03.CA144.8 çıxdı .xahiş edirəm məni başa salın görüm necə olacaq axırı
CA 15-3 onkomarker mende 18.86 cıxıb xaiş mende xercekdi
Xeyr sizde xərçəng cixmayib
Salam menim anamda ximya alib ankomarker 3.7 cixib qorxuludurmi
2016-ci ilde emellat olunub bacim dosunden.indi onkomarkeri 36 ya qalxib.qorxulu deyil
Menim anako marketim 3.90cixib qorxulu deyilki
Yoldawim emeliyat olunub dediler qarin bowluqunda coxlu sayda implant metastazlar var ama onkomarker 2.79 cixir bu nece olur ki qanda cixmir?
Ankoloji xəstəyəm.Koronavirusdan sonra ankomarker qalxıb.kimya olunuram düşmür.neynəmək olar xahiş edirəm cavablandırardız