Çay içmək cinsi həyata necə təsir edir? - Miqdara diqqət yetirin, yoxsa...

  • 2024.05.15 23:00
  • 388 Baxış
Çay içmək cinsi həyata necə təsir edir? -  Miqdara diqqət yetirin, yoxsa...
Ən çox sevilən və istehlak edilən içkilərdən biri olan çay sağlamlıq üçün çox faydalıdır.

Çay dünyada əhəmiyyətli sayda insan tərəfindən istehlak edilən ən məşhur içkidir və bu baxımdan sudan sonra ikinci yerdə gəlir.

Çayın tərkibində insan orqanizminə bir çox cəhətdən təsir edə bilən 4000-dən çox kimyəvi birləşmə var.

Bəs, hər gün içdiyimiz çay cinsi həyata necə təsir edir?

Medicina.az xəbər verir ki, araşdırmalar çayın cinsi istəyi artırdığını təsdiqləyir. Çay əla növ afrodizyak hesab olunur. Ancaq o da qeyd olunur ki, bu təsirlərə nail olmaq üçün onu balanslı şəkildə istehlak etmək lazımdır. Gündə bir neçə stəkan çay içmək cinsi həyat üçün çox faydalı olsa da, həddindən artıq çay problemlərə səbəb ola bilər.

Çaydakı unikal amin turşusu olan “L-Theanine” neyroprotektiv və əhval-ruhiyyəni yaxşılaşdıran təsirlərə malikdir. Bundan əlavə, funksional neyroanatomiya və cinsi funksiyanın serebral nəzarəti ilə bağlı bəzi tədqiqatlar göstərib ki, “L-Theanine” talamus və hipotalamusa təsir edərək emosional dəyişikliklərdə, yaddaşda və cinsi davranış modellərində rol oynayır.

Son araşdırmalar çay içməyin gözlənilməz şəkildə, qadın hipertansif xəstələrdə cinsi orqazm və cinsi məmnunluqla müsbət baxımdan əlaqəli olduğunu göstərib.

Katexin, polifenol, kofein və L-Theanine kimi çayın əsas kimyəvi komponentləri sinir sisteminə təsir edərək əhval-ruhiyyəni yüksəltməyə və cinsi istəyi artırmağa təsir göstərir.

Hipertansif xəstələrdə ürək-damar indeksləri ilə cinsi fəaliyyət arasındakı əlaqəni araşdıran bir tədqiqat, çay içməyən qadınların çox çay içənlərə nisbətən daha az cinsi istək duyduğunu, cinsi həyatından daha az məmnun olduğunu və daha az sayda cinsi əlaqəyə girdiyini, cinsi əlaqə müddətlərinin də daha az olduğunu üzə çıxarıb.

Son araşdırmalar göstərir ki, uzun müddətli çay içmək kişilərdə erektil disfunksiyanın qarşısının alınmasında rol oynaya bilər. Çünki çayın tərkibindəki flavonoidlər endotel disfunksiyasını yaxşılaşdıraraq erektil disfunksiya hallarını azaldır.

Məlumatlar göstərir ki, androgenlər cinsi istəyə, cinsi fəaliyyətə və məmnuniyyətə təsir edən mühüm müstəqil amillərdir.

Alimlər gündə ən azı bir stəkan kofein istehlakının qadınlarda cinsi fəaliyyətin daha yüksək olması və kişilərdə daha yüksək performans nisbəti ilə əhəmiyyətli dərəcədə əlaqəli olduğu qənaətinə gəliblər.


Aysel