Bakıda yeniyetmənin qulağı sırğadan sonra "yeyilib".
Medicina.az xəbər verir ki, bununla bağlı lor, üz estetik cərrahı Qəhrəman Qəhrəmanov paylaşım edib.
Həkim yaranan kistin keloid olduğunu qeyd edib:
"Keloid sadəcə kəsib unutmaqla bitmir. Artıq ilk mərhələ həyata keçirildi və keloid çıxarıldı.
Növbəti mərhələdə plastika olunacaq ki, dəri düzgün sağalsın və təkrarlanma riski minimuma ensin. Məhz mərhələli yanaşma uzunmüddətli və estetik nəticə verir".
Aygün
Medicina.az