Maştağa Psixiatriya Xəstəxanasında əməliyyat - Komissiya sədri saxlanıldı

  • 2026.02.27 10:17
  • 745 Baxış
Maştağa Psixiatriya Xəstəxanasında əməliyyat -  Komissiya sədri saxlanıldı

1 saylı Maştağa Psixiatriya Xəstəxanasında hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı sözügedən xəstəxananın baş həkimininin müavini - hərbi həkim komissiyasının sədri Elxan Əsədov barəsindəki korrupsiya iddialarına görə saxlanılıb. Daha sonra o, sərbəst buraxılıb.

Xatırladaq ki, E.Əsədov 2023-cü ildə bu vəzifəyə təyin edilmişdi. Onu da qeyd edək ki, 1 saylı Maştağa Psixiatriya Xəstəxanasının baş direktoru Orxan Cəfərovdur.