Broyler toyuqlarının orqanizmə - 7 zərərli təsiri - DƏHŞƏTLİ FAKTLAR

  • 2026.03.03 16:24
  • 520 Baxış
Broyler toyuqlarının orqanizmə    - 7 zərərli təsiri  - DƏHŞƏTLİ FAKTLAR

Broyler toyuqları qısa müddətdə sürətli çəki artımı üçün yetişdirilən xüsusi quş cinsləridir. Belə sənaye üsulu ilə yetişdirilən quş ətinin tez-tez və nəzarətsiz istehlakı ilə bağlı müəyyən sağlamlıq riskləri müzakirə olunur.

Medicina.az xəbər verir ki, bu günə qədər broyler toyuqlarının insan orqanizmə niyə təhlükəli olması barədə 10 sübut olunmuş fakt var.

1. Antibiotik qalıqları və rezistentlik Riski

Bu toyuqlarda cücə vaxtından xəstəliklərin qarşısını almaq üçün antibiotiklərdən istifadə olunur. Nəzarətsiz və ya uzunmüddətli istifadənin nəticəsi olaraq antibiotikə davamlı bakteriyaların yaranma riski artır. Bu isə gələcəkdə infeksiyaların müalicəsini çətinləşdirə bilər.

2. Hormonların vurulması

Rəsmi qaydalara əsasən Avropada böyümə hormonlarının istifadəsi qadağandır. Lakin sürətli böyümə mexanizmləri ilə bağlı istehlakçılar arasında narahatlıq mövcuddur. Elmi sübutlar hormonal təsirin minimal olduğunu göstərsə də, keyfiyyətsiz istehsal və nəzarətsiz mənbələr risk yarada bilər.




3. Yüksək Omeqa-6 nisbəti

Sənaye yemləri ilə qidalanan quşların ətində omeqa-6 yağ turşularının nisbəti daha yüksək ola bilər. Omeqa-3 və omeqa-6 balansının pozulması xroniki iltihabi proseslərin artması ilə əlaqələndirilir.

4. Qida zəncirində kimyəvi qalıqlar

Quş yemində istifadə olunan bəzi maddələrin (pestisid izləri və s.) qida zəncirinə keçməsi mümkündür. Keyfiyyətə nəzarət mexanizmləri bunu minimuma endirməyə çalışsa da, qeyri-rəsmi mənbələr risk daşıya bilər.

5. Qida zəhərlənməsi

Toyuq əti bakterial kontaminasiyaya meylli qidalardandır. Xüsusilə Salmonella və Campylobacter kimi mikroorqanizmlər düzgün saxlanma və bişirmə olmadıqda qida zəhərlənməsinə səbəb ola bilər.

6. Yüksək duz - natrium tərkibi

Marketlərdə satılan bəzi broyler məhsulları (marinadlı, yarımfabrikat və s.) əlavə duz və konservantlar ehtiva edə bilər. Yüksək natrium qəbulu isə arterial təzyiqin artması ilə əlaqəlidir.

7.Bağırsaq Mikroflorasını pozması

Antibiotik qalıqları və ya balanssız qidalanma bağırsaq mikrobiotasının dəyişməsinə səbəb ola bilər. Sağlam mikroflora immun sistem və metabolizm üçün vacibdir.


Broyler toyuğunu qızartma əvəzinə buğlama və ya sobada bişirmə üsullarını seçmək rasionda balıq, paxlalılar və digər zülal mənbələrinə yer vermək, emal olunmuş məhsulları minimuma endirməklə orqanizminizi qoruya bilərsiz.

Aygün Musayeva