Qadınlarda döş sallanması - Səbəbləri, nə etməli?

  • 2026.03.13 23:28
  • 332 Baxış
Qadınlarda döş sallanması -  Səbəbləri, nə etməli?

Döş sallanması bir çox qadını narahat edən estetik bir vəziyyətdir. Bu, yaş, hamiləlik, ana südü ilə qidalandırma, çəki dəyişiklikləri və genetik amillər kimi müxtəlif səbəblərə görə baş verə bilər.

Medicina.az xəbər verir ki, döş sallanması fizioloji bir vəziyyətdir. Bu təbii proses zamanla qaçılmaz olaraq baş versə də, müəyyən üsullarla gecikdirilə bilər.

Elmi araşdırmalar göstərir ki, döş sallanması müxtəlif amillərdən qaynaqlanır. Yaşın irəliləməsi, əhəmiyyətli dərəcədə çəki itkisi (22,6 kq-dan çox), yüksək bədən kütlə indeksi, böyük döş həcmi, hamiləlik sayı və siqaret çəkmə sallanma riskini artıran əsas amillər arasındadır.



Maraqlıdır ki, ana südü ilə qidalandırma, hamiləlik dövründə çəki artımı və döş sahəsi məşqlərinin olmaması ilə sallanma arasında birbaşa əlaqə tapılmayıb.

Döş sallanmasının qarşısını almaq və ya yavaşlatmaq üçün bir çox təbii üsul var. Mütəmadi məşq, xüsusən də üzgüçülük kimi sinə əzələlərini işləyən fəaliyyətlər sallanmanın qarşısını almaqda təsirlidir. Pəhrizinizə kalsium, C vitamini və zülalla zəngin qidaların daxil edilməsi dəri elastikliyini artıraraq sallanmanı gecikdirməyə kömək edir.

Gündəlik qulluq rejiminizə buz və zeytun yağı ilə masaj əlavə etmək, sinələrinizin möhkəm qalmasına kömək edər. Bunlardan sonra yarım saat uzanıb dar büstqalter taxmaq təsirini artırar. Həmçinin, məşq zamanı xüsusi hazırlanmış büstqalterlərdən istifadə etmək, sinələri dəstəkləyərək sallanmanın qarşısını almağa kömək edə bilər.

Aygün
Medicina.az