Oğlaq bürcünün təhlili - UĞURLU GÜNÜ, RƏNGİ, DAŞI

  • 30 Aprel, 2019
  • 14193 Baxış
Oğlaq bürcünün təhlili - UĞURLU GÜNÜ, RƏNGİ, DAŞI
Oğlaq bürcünün Latınca adı Capricorndır. Bu bürc 22 dekabrdan 20 yanvara qədər müddəti əhatə edir. Bu bürc altında doğulan insanlar torpaq ünsürlü olurlar. Rəmzləri dağ keçisi, rəngləri isə yaşıldır. Bu bürcə aid olan insanların himayəçi planeti Saturndır. Onlar istəyirlər ki, hər şeyi bilsinlər və bu istək həyat eşqini qat-qat çoxaldır. 

Medicina.az xəbər verir ki, Oğlaq bürcündən olan insanlar humanist doğulurlar. Öz həyatlarını istədikləri kimi yaşamaq, azad olmaq oğlaq bürcünün başlıca xüsusiyyətlərindəndir. Onlar həmişə başqa bürc altında doğulan insanların fikirlərinə önəm verirlər. Bəzən çox danışmaqdan qaçıb səssizliyə qısılır və bütün cəmiyyətdən təcrid olunmağı ruhən arzulayırlar. 

Oğlaq bürcü qadınlarda və kişilərdə

Bu bürcün qadınları həyatlarını daha intizamlı yaşamağı sevirlər.  Kişiləri isə hərdən tənbəlliyə və pintiliyə meyil salırlar. Həyatın hər bir üzündə Oğlaq bürcünün məsuliyyət hissi güclü olur. Onlar iş həyatında daha ciddi və sərtdirlər. 

Oğlaq bürcü altında doğulan insanlar başqalarının təcrübəsindən maksimum istifadə etməyi bacarırlar. Onlar üçün keçmişdə yaşamaq mənasızdır və sadəcə vaxt itgisidir. Məsələn, kor insanın hansı hisslər keçirdiyini bilmək üçün kor olmağa ehtiyac yoxdur deyən Oğlaq bürcü bunun üçün ətrafdakı kor insanların hisləri ilə tanış olmaqla kifayətlənirlər. Sonra isə öz bildikləri kimi düşünür və addım atırlar. 

Oğlaq bürcü lovğalanmağı sevir. Hətta lovğalıq etmək üçün başqalarına yaxşı işlər görə bilirlər. Bu bürcün qadınları gecə-gündüz danışsalar da yorulmazlar. Çox danışdıqları üçün düşüncələri qarışıq olur və buna görə də onlar qərar qəbul etməkdə çətinlik çəkirlər. Bəzən bu bürcə aid olan insanlar çox ciddi görkəm almağı, məsləhət verməyi sevirlər. Zəhmət çəkmək, əziyyətlə hədəfə çatmaq da Oğlaq bürcünün prinsiplərindən hesab olunur.
 
Bu bürcün hər iki cinsinə etibar etmək olar. Heç vaxt öz dostunu, yoldaşını çətin vəziyyətdə qoymazlar. Necə deyərlər, iki əlləri qanda olsa da, özlərini sizə çatdırarlar. 

Oğlaq bürcünün kişiləri öz işinin peşəkarı olur. Sevgidə xəyanət onlar üçün dünyanın sonu deməkdir. Həmişə yüksək yumor hissi və güclü məntiqi təfəkkürləri ilə seçilən Oğlaqlar anidən qarışıq hislərin qurbanına çevrilə bilirlər. 
 


Oğlaq bürcünün uğurlu günü, rəngi, daşı

Həftənin üçüncü günləri Oğlaq üçün uğurlu gündür.
Qara qəng onlara uğursuzluq gətirir. Uğurlu rəngləri isə yaşıdır.
Bu bürcün ən uğurlu daşları firuzədir. Oğlaqlar inamsız yaşaya bilməzlər. Ona görə də yaxşı olar ki, həmişə üzərlərində sevdikləri bir əşya olsun. O əşya ilə danışmaq, ondan nəsə istəmək və onun enerjisi ilə öz enerjisini tarazlıqda saxlamaq Oğlaqlara rahatlıq gətirər.