Qızılcadan ürəyi dayanan uşaq xilas edildi

  • 2024.03.27 17:01
  • 3121 Baxış
Qızılcadan ürəyi dayanan uşaq    xilas edildi
Bakıda qızılcadan ağırlaşıb ölümlə çarpışan 2 yaşlı uşaq sağlamlığına qovuşub.

"Medicina" xəbər verir ki, 2 yaşlı oğlan M.Ə.Mirqasımov adına Respublika Uşaq Klinik Xəstəxanasının Uşaq təcili tibbi yardım bölməsinə qızılcaya bağlı qıcolma, tənəffüs və ürəyin dayanması şikayətilə şüuru qapalı şəkildə yerləşdirilib.

Pasiyent ilkin olaraq uzman həkim-pediatr Lalə Nurməmmədova tərəfindən laborator, diaqnostik müayinələrdən keçirilib və bir saata yaxın müddətdə xəstəyə komanda şəklində təkmil həyat dəstəyi (kardiyo pulmonar resussitasiya) göstərilib.

Pasiyentin ailəsi Uşaq təcili tibbi yardımın bölmə müdiri Zəminə Bəhrəmova, uzman həkim-pediatr Lalə Nurməmmədova və xəstəxananın əməkdaşlarına təşəkkürünü bildirib.

Aygün M