Hakimlərə məzuniyyət haqqı və 2 aylıq müavinət veriləcək

  • 2019.06.21 14:48
  • 6148 Baxış
Hakimlərə məzuniyyət haqqı və 2 aylıq müavinət veriləcək
Azərbaycanda hakimlərə məzuniyyət haqqı və 2 aylıq müavinət veriləcək. Medicina.az-ın məlumatına görə, bununla bağlı " Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik təklif edilir. Qanun layihəsinin 107-ci maddəsinə (Hakimlərin məzuniyyət müddəti və haqqı) təklif olunan dəyişikliyə görə, hakimlərə hər il 40 təqvim günü müddətində məzuniyyət verilir.
Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və 2 aylıq əmək haqqı məbləğində müavinət verilir.

 

Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilir.