İlk dəfə olaraq insanın GMO-qaraciyəri yaradılıb

  • 2019.08.09 09:25
  • 3748 Baxış
İlk dəfə olaraq insanın GMO-qaraciyəri yaradılıb

Pitsburq
Universitetindən olan alimlər ilk dəfə olaraq laboratoriya şəraitində
GMO (geni modifikasiya edilmiş orqanizm) əsasında insan qaraciyərinin
miniatür analoqunu yaradıblar. Süni orqan tamamilə insan qaraciyərinin
strukturunu təkrarlayır, xəstəlikləri təqlid edir və dərmanların
testləşdirilməsində kömək olur.


 


 


Medicina.az bu barədə "MedikForum”a istinadla xəbər verir.


 


 


İnsanın miniqaraciyəri siçovulun daxilində yetişdirilib.
Tədqiqatçılar piy hepatozunun və ya qaraciyərin alkoqolsuz piylənmə
xəstəliyinin gəmiricidə necə inkişaf etməsini öyrənməyi qarşılarına
məqsəd qoyublar. Bu xəstəlik səbəbindən qaraciyərdə sirroz və ya
xərçəngi əmələ gətirən iltihab inkişaf edir. Ekspertlər ümid edirlər ki,
yeni texnologiya gələcəkdə əsl insan orqanlarından istifadə etməyə
şərait yaradacaq.


 


 


Mütəxəssislər əvvəlki tədqiqatları təhlil edərkən araşdırıblar ki,
piy hepatozunun inkişafında SIRT1 geni böyük əhəmiyyət kəsb edir. Bu
genin kifayət etməyəcək dərəcədə aktivliyi piylərin yığılması ilə
nəticələnir. Plüripotent və ya gövdə hüceyrələrinin yaradılması üçün
insanın birləşdirici toxumalarından və fibroplastlarından istifadə
edilib.


 


 


Alimlər bu toxumaların bəzi sahələrində SIRT1-i dayandırıb, sonra isə
onu qaraciyər hüceyrələrinə - hepatositlərə çeviriblər. Hüceyrələr piy
turşuları ilə eyni mühitdə yetişdirilib. Hepatosidlərin gen ilə olan
hüceyrələrə nisbətən daha çox piy toplamağa başlamaları müşahidə edilib.


Hepatositləri gəmiricinin qabaqcadan heyvan hüceyrələri çıxarılmış
qaraciyərinə alışdırıblar. Alimlər siçovulun orqanını insan
qaraciyərinin hüceyrələri üçün karkas kimi istifadə ediblər.


 


Orqanlar
siçovullardan kənarda, konteynerdə olub. Sonradan məlum olub ki, SIRT1-i
dayandırılan miniqaraciyər digərinə nisbətən daha çox piyi özünə çəkib.
Ekspertlər qaraciyərin alkoqolsuz piylənmə xəstəliyinin yaranmasının
biomarkerləri olan fibroplast 21-in, selenoprotein-P-nin artım amilinə
diqqət yetiriblər.


 


 


Tədqiqatçılar miniatür orqanı resveratrolun (daha əvvəl siçanlar
üzərindəki sınaqlarda istifadə olunan piy hepatozuna malik dərman)
köməyi ilə müalicə etməyə cəhd göstəriblər. Maddə nəticə verməyib.
Alimlərin ehtimalına görə, bu, onunla bağlı ola bilər ki, dərman zülalın
aktivliyini gücləndirməyə qadirdir. Miniqaraciyərdə zülal olmadığından
maddə effekt göstərməyib.


 


 


Alimlər inanırlar ki, süni insan orqanının yaradılmasında onların
uğuru gələcək elmi işlər üçün faydalı olacaq və elmi maraqlandıran
suallara cığır açacaq.