Neftçilər Xəstəxanasında orqan transplantasiyası əməliyyatları dayandırılıb - SƏBƏB

  • 06 Sentyabr, 2019
  • 3538 Baxış
Neftçilər Xəstəxanasında orqan transplantasiyası əməliyyatları dayandırılıb - SƏBƏB
Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasında orqan transplantasiyası əməliyyatları dayandırılıb. Medicina.az Modern.az-a istinadən xəbər veriri ki, buna səbəb xəstəxanada əməliyyatı icra edəcək kadrların olmamasıdır.

Məsələ ilə bağlı Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyasnın şöbə müdiri Elmir Əsgərov faktı təsdiqləyib.

Qeyd edək ki, Mərkəzi Neftçilər Xəstəxanasında transplantasiya əməliyyatları Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin sabiq müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi tərəfindən icra edilirdi.
 
M.Kazımi 2008-ci ildən 2018-ci ilədək burada fəaliyyət göstərib. 2018-ci il sentyabrın 28-dən etibarən isə Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəhbəri olaraq fəaliyyətini davam etdirir.