Partnyorunuzla qüsursuz öpüşməyin sirləri...

  • 2019.08.05 12:59
  • 11714 Baxış
Partnyorunuzla qüsursuz öpüşməyin sirləri...

Sevgi, istə və arzunuzu qarşı tərəfə ötürməyin yollarından biri də məhz öpüşdür. Bunu yaxşı bacarmağın isə hərkəs layiqincə öhdəsindən gələ bilmir. Bəs mükəmməl öpüşün sirri nədir? Medicina.az daha ehtiraslı öpüşməyin yollarını təqdim edir.

 

 
Vaxtı düzgün təyin edin!
 ilk öpücük olduqca önəmlidir. yaddaşlardan ömür boyu silinməməsi üçün düzgün zamanı hesablayın. vaxtı təyin edib sehirli öpüşülə fərqli dünyaya səyahət edin. bunun  üçün partnyorunuzun  "hazıram” siqnalını almağa çalışın.

 

 
Anı Yaşayın!
Bu ovsunlayıcı addımla içinizdəki istəyi biruzə verin. Öpüşərkən başqa heçnə düşünməyin. Diqqətinizi yalnız əks partnyorunuza yönəldin. Olduqca yaxın durun, nəvazişlə hərəkət edin.

 

 
Dodaq və ağız içi baxımı önəmli!
Qoxuyan bir ağız, əks cinsi narahat edə bilər. Bunun üçün dodalarınız və ağzınıza hər zaman diqqət ayırın. Təmizlik hər zaman önəmlidir. Dodaqların quru, çatlamış olması da partyorunuzu sizdən soyuda bilər.

 
Ehtiraslı nəfəs
Nəfəs cinsi akt zamanı önəmli olduğu kimi, öpüşmədə də önəmlidir. Nəfəs ehtirasın siqnallarıdır. Öpüşmək üçün iki bədən bir-birinə yaxınlaşıb, dodaqlar arasında cəmi bir neçə santimetr məsafə qalan zaman yüngül nəfəs səsinin gəlməsi və isti nəfəsin qarşı tərəf dodaqlarına toxunması öpüşü daha ehtiraslı edir.

 

 
Sevişmək öpüşməkdən başlayır
Sevişmək öpüşməkdən başlayır. Yaxşı öpüşmək həm də münasibətləri maraqlı və uzunömürlü edir. Boş yerə demirlər ki, yaxşı öpüşən sevgili dünyanın yarısı deməkdir.

 

 
Qətiyyən tələsməyin! Çalışmalısınız ki, öpüşməkdən alacağınız həzzi artırasınız. Yaxşı öpüşmək istəyirsinizsə, qətiyyən tələsməyin! Öpüşərkən gözlərin açıq və ya qapalı olması qarşı tərəf üçün müxətlif mənalar verir. Ürəkdən öpüşən zaman gözləri bağlamaq insanın avtomatik etdiyi hərəkətdir. Qarşı tərəfə bu anı yaşadığınız mesajlarını verir. Eyni zamanda siz də onun gözlərini bağladığını görəndə, ona zövq verdiyinizi anlayır və xoşbəxt olursunuz. Amma gözləri açıq öpüşəndə bunu faciə kimi qəbul etmək lazım deyil. Əksinə, öpüşərkən sevgilinizlə göz-gözə gəlməyin də ləzzəti ayrı olacaq.
Partnyorunuzla qüsursuz öpüşməyin sirləri...
Partnyorunuzla qüsursuz öpüşməyin sirləri...
Partnyorunuzla qüsursuz öpüşməyin sirləri...
Partnyorunuzla qüsursuz öpüşməyin sirləri...