Burnu, gözləri olmayan uşaq doğuldu - Həkim işdən qovuldu

  • 2019.10.25 17:28
  • 4535 Baxış
 Burnu, gözləri olmayan uşaq doğuldu -  Həkim işdən qovuldu

Ginekoloq 9 ay anomaliyaları görə bilməyib


 


 


Portuqaliyada burnu, gözləri və kəllə sümüyü olmayan körpə doğulub. Doğuşdan
dərhal sonra hamilə qadının həkimi Artur Karvalho işdən çxıarılıb və onun
haqqında polis istintaqa başlayıb. Buna səbəb isə onun səhlənkarlığı olub.


 


 


Rodriqo adı verilən körpə oktyabrın 7-də, paytaxt Lissabon yaxınlığındakı
"São Bernardo" özəl xəstəxanasında dünyaya gəlib. Həkimlərin onun
cəmi bir neçə saat yaşayacağını deyiblər. Amma Rodriqo hələ də
həyatdadır.


 


 


Doğuşa kimi onun anası müntəzəm olaraq həkim nəzarətində olub, ultrasəs
müayinəsindən keçib. Lakin 9 ay ərzində həkim ona bir dəfə də olsa körpənin
sağlamlığında problem olduğunu deməyib.


 


 


HəkimKarvalho ata-anaya uşağın sağlamlığı ilə bağlı narahatlıq doğuran
hər hansı məqam olmadığını deyib. O, hətta ananın bəzi narahatalıqlarına belə
diqqət yetirməyib. Portuqaliya Tibb Dərnəyinin səhlənkarlıqla ittiham edilən həkim haqqında
araşdırma başlayıb.


 


 


Həkim haqqında daha öncə də şikayətlərin olması, gözlri, burnu, baş sümüyü
olmayan uşağı vaxtında görə bilməməsi haqqında xəbərlər isə ölkədə ciddi
narazılığa səbəb olub.