"Su pərisi” körpələr – Doğulanda cinsiyyəti belə məlum olmur

  • 20 Aprel, 2019
  • 6400 Baxış
Sirenomeliya və ya Su pərisi sindromu adlanan genetic anomaliya doğularkən körpənin aşağı ətraflaranın bitişik formada olmasına deyilir. 

Ayaqları balıq quyruğuna bənzəyən bu körpələrdə elə ana bətnindəcə həzm sistemi normal inkişaf etmir, cinssiyyət üzvləri olmur, anus dəliyi formalaşmır. Əgər doğulan kimi xüsusi təcili müdaxilə olunmazsa körpə 1-2 gün ərzində ölür.

Medicina.az xəbər verir ki, 100.000 yenidoğulmuşda bir dəfə rast gəlinən bu anomaliyaya daha çox Hindistan, Cənubi Amerikada rast gəlinib.
Sonuncu dəfə Saxaranpur şəhərində doğulan su pərisi uşaq bir neçə saatdan sonra vəfat etmişdi.

Lakin tibbdə bu sindromda doğulub, xüsusi əməliyyatlarla ayaqları ayrılan və normal uşaqlar kimi gəzən uşaqlar da olub.