Tatarıstan Respublikasının səhiyyə nümayəndələri ilə görüş – “Famax” la əməkdaşlıq perspektivləri

  • 2019.07.22 18:37
  • 4683 Baxış
Tatarıstan Respublikasının səhiyyə nümayəndələri ilə görüş –  “Famax” la əməkdaşlıq perspektivləri


FAMAX Group Medical Tourism kompaniyası Türkiyədə tibbi turizm sahəsində  yaradılmış böyük şirkətlərdən biridir. Əsas ofisi İstanbulda yerləşən şirkətin Bakı nümayəndəliyi də fəaliyyət göstərir. 


Şirkətin nümayəndələri və məsləhətçiləri tibbi təhsilli olub, bütün çətin və ciddi sual və məsələlərdə professional yanaşma göstərərək, müayinə və müalicənizi yüksək səviyyədə təşkil edir. 


Artıq 1 ildən artıq müddətdir fəaliyyət göstərməsinə baxmayaraq, FAMAX Bakı nümayəndəliyi yüzlərlə xəstənin Türkiyədə uğurlu müalicəsini təmin etmişdir. Şirkətin effektiv fəaliyyətinin sorağını insanlar Rusiya, Qazaxıstan, Çeçenistandan belə alaraq, məhz onların xətti ilə  Türkiyənin öncül klinikalarına gedib çıxa bilmişlər. 


Tibbi turizm sahəsində qazandığı bu uğurlar Tatarıstan Səhiyyə Nazirliyinin də diqqətini çəkmiş, onlar şirkətlə maraqlanmış və ötən həftə Tatarıstan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndə heyəti Bakıda Tararıstanın daimi nümayəndəliyində Azərbaycanın aparıcı tibb mütəxəssislər, həkimləri ilə görüşə xüsusilə FAMAX Bakı bölməsinin rəsmi nümayəndə heyəti də dəvət olunmuşdur. Tatarıstan dövlət xəstəxanalarının nümayəndələri görüşdə FAMAX-ın əməkdaşlıq siyahısına bu dövlətin də öndə gedən xəstəxanalarının daxil edilməsini təklif etmişdir. 


FAMAX-a güvənən pasiyentlərin çoxluğu, əhatə dairəsinin genişliyi, apardığı uğurlu marketinq siyasəti bu şirkəti Tatarıstan səhiyyə qurumunun diqqətini çəkmişdir. Onlar da FAMAX xətti ilə istər uşaq, istər yaşlı xəstələrin ən yüksək səviyyədə mülaicəsini təşkil edəcəklərinə hazır olduqlarını bildirdilər.


Medicina.az xəbər verir ki, Tatarıstan Respublikasının Azərbaycanda daimi nümayəndəliyinin rəhbəri Alfred Zakirov tərəfindən bu görüşə rəsmən FAMAX tibbi turizm kompaniyasının  Azərbaycan üzrə nümayəndəsi, tibb elmlər doktoru, Avropa Kardioloqlar Cəmiyyətin üzvü Əhməd Babayev də dəvət olunmuşdu.


Tararıstan nümayəndə heyətindən:


Alla Qumerova – Tatarıstan Səhiyyə Nazirliyinin Beynəlxalq əlaqələr üzrə ofis rəhbəri;


Vladimir Filatov – Tatarıstanın baş uşaq neyrocərrahı, respublika uşaq xəstəxanasının baş həkimi, 


Liliya Basanova – uşaq kardioloqu, pediatr, Tatarıstanın əməkdar həkimi, Aleksey Rasçeskov – baş uşaq oftolmoloqu, Uşaq xəstəxanasının oftolmologiya şöbəsinin rəhbəri, 

Denis Petruşenko – yüksək dərəcəli kardiocərrah, uşaq xəstəxanasının kardiocərrahiyyə şöbəsinin rəhbəri gəlmişdilər.


Tədbirdə məqsəd Tatarıstan respublikasında uşaq xəstəxanalarının fəaliyyəti, xidmətləri, uşaq kardio, neyrocərrahiyyəsində mütəxəssislərin bizim həkimlərlə fikir mübadiləsi, xəstəxanada ən çətin uşaq xəstəliklərinin müalicəsi və cərrahiyyə üzrə uğurların təqdimatı aparıldı.


Əhməd Babayev bildirdi ki, Tatarıstan səhiyyəsi həmişə seçilib. Hələ sovet illərində Kazan Tibb Universiteti Rusiyanın ən yaxşı tibb universiteti hesab olunurdu. Kazan universiteti görkəmli alimlər yetişdirib, çox məşhur həkimlər oranı bitirib və dərin elmi bazası var. 


"Hazırda Tararıstan da tibbi turizmin inkişafında maraqlıdır. Biz tədbirdə onların nəhəng M3RT adlı Uşaq klinik xəstəxanasının necə təşkil olunmasını, nələr icra olunduğunu görəndə sözün yaxşı mənasında təəccübləndik. Tatarıstan səhiyyəsi çox inkişaf edib,  bizim bundan məlumatımız yoxdur. O vaxt Kamaz zavodu açılanda, nəzdində kiçik bir tibbi məntəqə var idi. İndi həmin məntəqə xəstəxanaya çevrilib və orda açıq ürək əməliyyatları edirlər. Çox gözəl sanatoriya sistemi var.Ən müxtəlif xəstəliklər üçün ayrı-ayrı sanatoriyalar var. 


Tatarıstan nümayəndəliyində biz dövlət xəstəxanasının təqdimatında iştirak etdik. Uşaq neyro, kardiocərrahiyyəsi, urologiyası, uşaq onkologiyası inkişaf edir, artıq MDB dövlətlərindən, hətta xarici ölkələrdən bu xəstəxanaların sorağını alan xəstələr gəlir. Uşaq xəstəxanasında "İhsan” və "Halal” adında xüsusi layihələr həyata keçirilir. Belə ki, burda ildə yüzlərlə uşaq pulsuz sünnət olunur. Bu, özlüyündə çox yaxşı ənənədir. 

Qeyd edim ki, Tatarıstan xəstəxanalarında qiymətlər də Moskva ilə müqayisədə çox münasibdir”.


FAMAX kompaniyası Tatarıstandan tibbi turizm üzrə öndə gedən şirkəti ilə əməkdaşlıq əlaqələri qurmağı və xəstələri Tatarıstanın sanatoriya və xəstəxanalarına müalicəyə göndərməyi planlaşdırır. Əgər bu əməkdaşlıq alınarsa, Azərbaycandan da xəstələr müxtəlif profilli xəstəxanalarda və sanatoriyalarda Kazanın tanınmış həkimləri tərəfindən müalicə ala biləcək


FAMAX Medical Turizm

Tel: 012 493 22 02 

050 444 30 20

 

 



Tatarıstan Respublikasının səhiyyə nümayəndələri ilə görüş –  “Famax” la əməkdaşlıq perspektivləri
Tatarıstan Respublikasının səhiyyə nümayəndələri ilə görüş –  “Famax” la əməkdaşlıq perspektivləri
Tatarıstan Respublikasının səhiyyə nümayəndələri ilə görüş –  “Famax” la əməkdaşlıq perspektivləri