Təcili tibbi yardım maşını qəzaya uğrayıb

  • 2019.10.03 16:40
  • 2693 Baxış
Təcili tibbi yardım maşını qəzaya uğrayıb
Saatlıda təcili tibbi yardım maşını qəzaya uğrayıb.

Medicina.az APA-ya istinadən xəbər verir ki, Saatlı-Əlisoltanlı yolunda Naxçıvan şəhər sakini, 1994-cü il təvəllüdlü Əhmədov Nihad Xudaverdi oğlunun idarə etdiyi "Mercedes” markalı avtomobil Saatlı rayon Xəstəxanasına məxsus təcili tibbi yardım maşını ilə toqquşub.


Nəticədə "Mercedes”in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.