“Natiq Əliyev çox ağır vəziyyətdə gətirilmişdi” - Nazirin vəfat etdiyi klinikadan açıqlama

  • 2017.06.09 12:23
  • 11362 Baxış
“Natiq Əliyev çox ağır vəziyyətdə gətirilmişdi” -  Nazirin vəfat etdiyi klinikadan açıqlama
İstanbulun "Florence Nightingale” klinikası Azərbaycanın energetika naziri Natiq Əliyevin dünyasını dəyişməsi barədə yayılan xəbərləri təsdiqləyib. 


Klinikadan BakuPost.az-a verilən məlumatda qeyd olunub ki, N.Əliyevin vəziyyəti ağır olub: "Natiq Əliyev xəstəxanamıza yerləşdirilərkən vəziyyəti çox ağır olub. Təəssüf ki, onun həyatını xilas etmək mümkün olmadı”. 


"Florence Nightingale” klinikasından əlavə məlumat verilməyib və yaxınları ilə əlaqə saxlamaq tövsiyə olunub. 


Qeyd edək ki, ötən həftənin sonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb. Nazir İstanbulun kardioloji xidmətlər üzrə ixtisaslaşan "Florence Nightingale" xəstəxanasında müalicə olunurdu.

 

Bakutibb