DİQQƏT: Revmatizmaya səbəb olan iltihabı qurudur! - MÖCÜZƏVİ QİDALAR

  • 03 İyul, 2019
  • 21440 Baxış
DİQQƏT: Revmatizmaya səbəb olan iltihabı qurudur! - MÖCÜZƏVİ QİDALAR

Revamtizma dünyada milyonlarala insana təsir edən xroniki nasazlıqdır. Revmatizm — Orqanizmin birləşdirici toxumalarını zədələyən və ürək qüsurlarına gətirib çıxaran xəstəlikdir. Çox vaxt prosses diz, topuq, dirsək oynaqlarında gedir. Zədələnmiş oynaqlar şişir dəri isə qızarır. Rematik prosses nəticəsində ürəyin zədələnməsi Remakardid adlanır.  Uzun müddət müalicə olunmayan revmatizma oynaqların hərəkət qabiliyyətinə maneə törədir.
Medicina.az revmatizmaya yaxşı təsir edən qidaların siyahısını təqdim edir.
 
 
REVMATİZMAYA YAXŞI TƏSİR EDƏN QİDALAR
 
 
Günümzdə revmatizmaya qarşı edilən müalicə üsulları xəstəliyi tamamən sağaltmasa da, ağrıları nisbətən yüngülləşdirir. Revmatizmaya müsbət təsir edən qidaları gündəlik qida rasionunuza əlavə etsəniz, oynaqlardakı ağrılar yüngülləşəcək, şişlik və iltihablanma azalacaq. Lakin əvvəlcə həkiminizlə məsləhətləşin!
 
 
REVMATİZMA VƏ QİDALANMA
 
NAR ŞİRƏSİ: Son bir neçə ildə nar şirəsinin revamtizma üzərində təsirləri məlum olub. Sümük və qığırdaqıarda yaranan iltihablanmanı azaldır. Davamlı olaraq istifadə edilən nar suyu ağrı və şişliyin qarşısnı alır. Meyvənin özünü də yemək eyni fayda verir.
 
 
BALIQ: Xüsusilə alabalıq və ton balıqları. Tərkibində bol miqdarda omeqa yağ turşuları olduğuna görə iltihablı xəstəliklərə, həmçinin revmatizmaya qarşı çox xeyirlidir. Həftədə ən az 3 dəfə balıq yemək revmatizm ağrılarını azaldar və oynaqlara təsir edən iltihabın artmasını ləngidər.
 
KƏTAN TOXUMU: Balıqda olduğu kimi kətan toxumunda da yüksək miqdarda omeqa 3, omeqa 6 yağ turşuları və lifi maddə olan "lignan" var. Gündəlik olaraq işlədilən kətan toxumu oynaq ağrılarını yüngülləşdirərək oynaq sərtləşməsini azaldır.
 
QARAĞAT, HODAN OTU: Bunlarında tərkibində omeqa-6 yağ turşusunu bol olması oynaqdakı iltihablanmanı azaldır və revmatizm ağrılarını dəf edir. Mahud çiçəyi, hodan otu, qarağat omeqa yağları ilə zəngin olduğu üçün xeyirli məhsullar siyahısında seçilir. Lakin xüsusilə dərman kimi hodan otunun çox qəbulu qaraciyər pozğunluğuna gətirib çıxarar.

YUMURTA:
sağlam toxuma, möhkəm sümük və oynaq yaradan yumurtanın tərkibindəki kalsium sayəsində yumurta yemək revmatizmaya xeyirli təsir edir. Həmçinin B vitamini baxımından zəngin olan yumurta əzələ və oynaqların inkişafına kömək edir.
Burdan belə nəticəyə gəlinir ki, omeqa, kalsium və B qrup vimanləri ilə bol olan qidalar revmatizmanın dərmanı sayılır. Yəni: paxlalı bitkilər, sarımsaq, sitrus meyvələri, çaytikanı və.s məhsullar revmatizmaya təbii təsir edən yiyəcəklərdir. Pereparatların əlində əsir-yesir qalmaq istəməyənlər bu üsullardan istifadə edə bilərlər.
 
 
REVMATİZMA ÜÇÜN TƏBİİ MÜALİCƏLƏR
 
QİDALANMA VƏ MƏŞQ: Qidalanma mühim məslədir. Bununla yanaşı həftədə ən azı 5 gün ərizndə yarım saat edilən məşqlər oynaqları işlədərərək gücləndirir və elastikliyini artırır.
 
 
İSTİ, SOYUQ KOMPRES: Mütəxəsislər revmatizma ağrılarını kəsmək üçün isti və soyuq kompreslərin faydalı olduğunu bildirir. 15 dəqiəlik isti duş qəbul etmək ağrıları yüngülləşdirir. Eyni formada oynaqlara edilən soyuq kompres ilə əzələ sərtliyi, ağrılar və şişkinliklər yüngülləşir.