Həkimləri bölgələrə cəlb edəcək layihə üzərində işləyirik Dövlət Agentliyi:

  • 2019.07.11 11:50
  • 4036 Baxış
Həkimləri bölgələrə cəlb edəcək layihə üzərində işləyirik  Dövlət Agentliyi:
"Hazırda Səhiyyə Nazirliyi ilə birgə həkimləri bölgələrə cəlb edəcək layihə üzərində işləyirik”. Medicina.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında bildirib. "Bölgələrə işləmək üçün gedən həkimlərə müəyyən paketlərin verilməsi, əmək haqqında fərqlərin olması ilə bağlı təklifləri müzakirə edirik. Hətta bir həkimin 3 günlük regiona səfər etməsi halında ezamiyyət kimi deyil, göstərdiyi xidmətlərə görə əmək haqqı, bonuslar almaq kimi qaydaları düşünürük ki, əhaliyə daha rahat olsun. Yəni, onlar regiondan Bakıya gəlməsinlər, daha çox buradan regiona getsinlər. Gələn ildən düşünürəm ki, bununla bağlı müəyyən irəliləyişlər əldə edə biləcəyik", - Z.Əliyev əlavə edib.