Evinizin havasını təmizləyən BİTKİLƏR

  • 08 Noy 2019 11:40
  • 4684 Baxış
Evinizin havasını təmizləyən  BİTKİLƏR
Evinizdəki havanın çöldən daha çirkli ola biləcəyini bilirdinizmi? Otaq spreyləri, təmizlik maddələri, vinil yer döşəmələri kimi toksiki kimyəvi maddələr evdəki havanı çirkləndirir. NASA alimləri evdəki havanı təmizləyən bitkilər üzərində araşdırma aparıblar.


Medicina.Az publika-ya istinadən xəbər verir ki,  həmin məqsədlə istifadə edilə biləcək üç bitkini sizlərə təqdim edir.


Areka palması (latınca Chrysalidocarpus lutescens) - qonaq otağında olması məsləhətlidir. Gündüzlər bol oksigen istehsal edir. Otaqdakı zəhərli qazları udur, havanı nəmləndirir.



Paşa qılıncı (latınca Sansevieria trifasciata)- yataq otağı bitkisidir. Gecələr otağın havasını oksigenlə zənginləşdirir.


Sarmaşıq (latınca Epipremnum aureum) – yataq otağında saxlamaq olar. Hava filtrləmə sistemi kimi "işləyir”. Otağın havasını kimyəvi maddələrdən təmizləyir.


 

Alimlər yaxşı nəticə əldə etmək üçün evin hər doqquz kvadratmetrinə bir dibçək yerləşdirməyi tövsiyə edirlər. Lakin evdə heyvan saxlayırsınızsa, yalnız Areka Palması onlar üçün zərərsizdir. Sarmaşıq və Paşa qılıncı ev heyvanlarını zəhərləyə bilər.
Evinizin havasını təmizləyən  BİTKİLƏR
Evinizin havasını təmizləyən  BİTKİLƏR
Evinizin havasını təmizləyən  BİTKİLƏR