Keçmişdə 70, indi isə 45 yaşında – Kişi klimaksının ilk əlaməti

  • 2019.05.01 16:14
  • 12838 Baxış
Keçmişdə 70, indi isə 45 yaşında –  Kişi klimaksının ilk əlaməti
Klimaks dövrü təkcə qadınlar üçün deyil, kişilər üçün də yaşla bağlı fizioloji mərhələdir. 


45-50 yaşdan sonra çox kişilərin rastlaşdığı bu mərhələdə onlarln cinsi həyata marağı azalır, ümumilikdə liderlik xüsusiyyətləri azalmağa doğru gedir, iş fəaliyyətinə, psixologiyasına mənfi təsir edir.


Medicina.az xəbər verir ki, kişilərdə erkən klimaksın göstəricisi prostat adenomasının yaranmasıdır.

Əslində adenoma ayrılıqda bir uroloji xəstəlikdir. Hazırda adenomanın dərman müalicəsi var, ağır hallarda isə əməliyyat olunur. Lakin adenoma yarandısa, artıq kişidə cinsi istəyin azalması və gücsüzlük simptomları özünü göstərməyə başlayacaq.


Bu problemlərdən qaçmaq və klimaksı yubatmaq üçün 40 yaşından sonra hər bir kişi prostat adenomasına görə yoxlanmalıdır.


Çox zaman adenoma ilkin simptom vermədən başlayır, kişini narahat etmir, iltihab dərinləşəndə həkimə gedilir. O zaman isə artıq gec olur. 

Əvvəllər normada kişilər üçün klimaks həddi 60-70 idisə, hazırda həkimlər 45 yaşından sonra artıq dəyişikliklərin baş verdiyini və bu problemin gəncləşdiyini bildirir.