Şizofreniyanın başladığını göstərən ilk simptom

  • 2024.05.07 18:36
  • 462 Baxış
Şizofreniyanın başladığını göstərən    ilk simptom


Ən ciddi psixi xəstəliklərdən biri olan şizofreniya çox zaman başqa simptomlarla səhv salınır.


“Medicina” xəbər verir ki, psixiatr Viktor Rudov ilk başlanğıcda xəstəliyi diaqnoz etməyin çətin olduğunu deyib:


“Adətən, xəstəlik ağır psixozla başlayır. Psixi tutmalar əsəb partlayışları səbəbsiz baş verir. Daha sonra zaman və yer oriyentasiyasıhnda özünü itirir.


Əgər insanda ildırım sürətilə əhval dəyişirsə, eləcə də özünü qəribə apardığını hiss etmir, ətrafı bunu ona deyirsə, artıq müayinə olunmaq lazımdır.

Erkən mərhələdə insan zehni və intelektual qabiliyyətini itirmir.


Xəstəlik irəlilədikcə, reallığın qəbulu ciddi pozulur, yaddaş pozulur, nitq dəyişir. Xəstə tənhalığa çəkilir, bəzənsə aqressiv olur, evdən çıxır.
Daha sonra xəstə doğmalarına qarşı laqeyd olur, həyata, işə marağı itir”.

Aygün