Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gəncə şəhər xəstəxanasında baş verən həbslərə-TƏBİB-dən AÇIQLAMA

  • 2024.05.04 16:39
  • 4860 Baxış
Gəncə şəhər xəstəxanasında  baş verən həbslərə -TƏBİB-dən AÇIQLAMA
Xəbər verdiyimiz kimi “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin vəzifəli şəxsləri Hüseynov Vidadi Qaçay oğlu, Abdullayev Məhəbbət Əliş oğlu və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.



"Medicina" xəbər verir ki, TƏBİB tabeliyində olan bölgənin ən iri xəstəxanasında ciddi rüşvət və yeyinti halları aşkarlanıb.

Məsələ ilə bağlı Medicina.az-ın sorğusuna cavab olaraq TƏBİB bu tədbirləri dəstəklədiyini bildirib.

Rəsmi açıqlamanı təqdim edirik:

"Əhalinin sağlamlığının qorunması sahəsində tibbi xidmətlərin göstərilməsi, eləcə də xidmətin təşkili zamanı yol verilən nöqsan və hüquqpozmalar barədə atılan addımları dəstəkləyirik. Bu istiqamətdə aidiyyəti orqan və qurumlarla sıx əməkdaşlıq həyata keçirilir.

Tərəfimizdən nöqsanlar aşkar edildiyi təqdirdə müvafiq qaydada məlumatlar aidiyyəti üzrə təqdim olunur.

Qeyd edək ki, TƏBİB-in struktur bölmələri tərəfindən intensiv olaraq tibb müəssisələrində monitorinq, xidməti araşdırma və yoxlamalar aparılır, məlumatlar toplanılır, qanunazidd hallara şübhə yarandığı təqdirdə prokurorluq orqanlarına aidiyyəti üzrə tədbirlərin görülməsi ilə bağlı müraciət olunur".

MEDİCİNA.AZ