Pankreatit mədəaltı vəz xərçənginə çevrilirmi?

  • 2024.04.16 18:13
  • 1379 Baxış
Pankreatit mədəaltı vəz xərçənginə çevrilirmi?


Xroniki pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir.


“Medicina” xəbər verir ki, onkoloq Yelizaveta Vasilyeva pankreatitin xərçəngə çevrilmə ehtimalından danışıb.

“Mədəaltı vəz tibdə ən təhlükəli və sürətli inkişaf edən xəstəlikdir.

Onu ilkin mərhələdə aşkar etmək demək olar mümkün deyil, tam simptomsuz inkişaf edir.

Çox zaman isə hiyləgərcəsinə digər həzm problemləri altında gizlənir.
Mədəaltı vəzin iltihabı, hüceyrələrinin nekrozu ilə nəticələnən pankreatit bu orqanda şişlərin yaranmasının əsas faktorlarından biridir.

Əgər pankreatit irsidirsə, o zaman risk daha da artır.

Uzun illər davam edən, xüsusən nəzarət olunmayan pankreatitlər mədəaltı vəz xərçəngi riskini 25 dəfə artırır. Bu o deməkdir ki, mədəaltı vəz xəstəliyi olanlar maksimum diqqətli olsunlar.

Mədəaltı vəz xərçənginin risk faktorları:

- Siqaret çəkmək
- Alkoqol
- Heyvani qızartma ət və yağlara meyillilik
- İrsi
- Diabet – xəstələrdə10 il sonra mədəaltı vəz çökə bilir


Belə bir sübut var ki, məhz şəkərli diabet artıq mədəaltı vəzin fəaliyyət və stukturunun pozulmasının ilk əlamətidir”.

Aygün Musayeva