Yeməklərin yanında çiy soğan yeməyin faydaları - Daxili orqanlar...

  • 2024.05.08 21:15
  • 677 Baxış
Yeməklərin yanında çiy soğan yeməyin faydaları -  Daxili orqanlar...
Yeməklərin yanında çiy soğan yemək vərdişi orqanizmi bir çox xəstəlikdən qoruya bilər. Mütəxəssislər bildirirlər ki, soğanı çiy istehlak etmək sağlamlıq üçün çox faydalıdır.

Medicina.az xəbər verir ki, Aydın Salih "İtirilmiş şəfa axtarışında" kitabında soğan tərkibli üç resept verir.

O, bu resptlərin daxili orqanları toksinlərdən təmizlədiyini bildirir.

Həmin reseptləri təqdim edirik:

Bu reseptlər xüsusilə diabet xəstələri üçün faydalıdır. Bundan başqa, çiy soğanın faydaları saysız-hesabsızdır.

1-ci resept:

Hər axşam bir orta boy soğanın suyunu sıxıb acqarına içmək lazımdır. Su ilə qarışdırmaq olar. Bundan əlavə yeməklərin yanında çiy soğan yemək lazımdır. Bu, insulinə ehtiyacı azaldacaq.

2-ci resept:

Orta boy soğanın şirəsini 150-200 qram ağ kələm, brokoli və ya yerkökü şirəsi ilə qarışdırıb qurtum-qurtum için.

3-cü resept:

Orta boy soğanın şirəsini 150-200 qram qırmızı çuğundur suyu ilə qarışdırıb için.

Çiy soğanın faydaları:

- Daxili orqanları təmizləyir

- Bağırsaqları aktivləşdirir

- Osteoporoza qarşı faydalıdır

- Dərini gözəlləşdirir

- Saçları daha sürətli böyüdür

- Xolesterolu aşağı salır

- İmmuniteti gücləndirir

-İltihabı azaldır



Aysel