Mədə ağrısının 9 səbəbi - SİYAHI

  • 2019.04.26 20:34
  • 13370 Baxış
Mədə ağrısının 9 səbəbi -  SİYAHI
Bir çoxları mədə ağrısından şikayətçidirlər. Səbəbini anlamaq isə bəzən uzun zaman alır.

 

Bəs mədə ağrıları nədən yaranır?

 

Medicina.az ən çox rast gəlinən 9 səbəbi təqdim edir. 


1. Reflü problemi - bu zaman mədədən turş qida qida borusuna keçir, nəticədə güclü ağrı yaranır;


2. Laktozaya dözümsüzlük -  Dünyada milyonlarca insanda rast gəlinir. Süd və süd məhsullarındakı şəkərin həzm olunmasında problem olur. Bu zaman yüngül mədə ağrısı, köp, ishal, gəyirmə, qaz müşahidə olunur;   


3. Bəzi dərmanların əlavə təsirlərindən - mədə ağrısı yarana bilər. Bunlara əsasən qeyri steroid iltihab əleyhinə olan dərmanlar aiddir;


4. Glütenə dözümsüzlük -  Bəzı insanlarda buğda, arpa, çovdarda protein olan glütenə qarşı həssaslıq olur.Bu zaman mədə bölgəsində ağrı,köp, qaz kimi problemlər baş verir;  


5. Stres;


6. Endometriyoz;


7. Tiroid problemləri;


8. Parazitlər;


9. Apendisit.