Necə edim ki, imtahan stresindən xilas olum, qorxmayım, həyəcanlanmayım? - Ən çox verilən suala CAVAB

  • 2019.06.28 15:22
  • 12985 Baxış
Necə edim ki, imtahan stresindən xilas olum, qorxmayım, həyəcanlanmayım? -  Ən çox verilən suala CAVAB
Günümüzün aktual problemlərindən  biri  stress,  onun yaratdığı xroniki yorğunluq, yuxusuzluqdur. Stress özü ilə bərabər bir çox problemlərin yaranmasına yol açır və insan sağlamlığında yaranan pozulmaların böyük bir qismində mühüm rol oynayır.

 

Bundan əlavə, bioloji yaşlanma və erkən ölüm halları da streslə əlaqələndirilir. Xüsusilə, iş, imtahana hazırlıq və məişət problemləri nəticəsində yaranan stress insanlara daha ciddi təsir edir. Stress və onunla əlaqəli narahatlıqlardan (məs, həyəcan və yuxusuzluq) əziyyət çəkən insanların fiziki və zehni funksiyaları zəifləyir və normal insanlarla müqayisədə iş qabiliyyətləri getdikçə daha zəif və səmərəsiz olur. Bir çox etioloji faktor stresə səbəb olur. Məsələn, imtahana hazırlaşmaq, iş yerində təzyiq altında işləmək, ailə həyatında problemlər, işsizlik, maliyyə problemləri və uşaqlıqdan qalma stressorlar (məs, təhqir və etinasızlıq kimi) etioloji  faktorlardır. Hər bir insanın streslə mübarizəsi fərqli şəkildə olur, simptomlar da  insandan insana dəyişir.

 

Medicina.az xəbər verir ki, stresin tez-tez yaratdığı əlamətlərdən başlıcası yuxusuzluqdur. Yuxusuzluq - yuxuya getmə və yuxunun davametmə müddətində,  yuxunun keyfiyyətində yaranan pozulma və nəticədə gündəlik fəaliyyətə mənfi təsir göstərən davamlı problem kimi qiymətləndirilir. Streslə əlaqəli yuxusuzluq adətən bir neçə gün davam edir, lakin bu hal davamlı olduqda simptomlar xronikiləşə və həlli çətin probləmə çevrilə bilər. 


Stress limbik sistemdə, QAYT –ın sintezində və  hipotalamus-hipofiz-adrenal (HHA) oxun tənzimlənməsində dəyişiklik yaradaraq, qanda adrenalinin və  "stress hormonu” adlanan kortizolun miqdarının artmasına səbəb olur. Normada kortizol səhərə yaxın artır, axşama doğru və gecə azalır. Axşam kortizolun artması yuxusuzluğa səbəb olur. Məlumdur ki, yuxu zamanı böyümə hormonu və testosteronun səviyyəsi artır. Yuxusuzluq isə əksinə, kortizolun səviyyəsi, ürək döyüntüsü, bədən temperaturu, oksigen istehlakı və iştahanın artmasına səbəb olur. Bu da stress və yuxusuzluq kimi çıxılmaz vəziyyətə gətirib çıxarır.

Stresin yaratdığı emosional simptomlara həyəcan (təşviş), əhval dəyişikliyi, boğulma hissi, özünə inamsızlıq və s. daxildir. İnsanlar hətta baş verənləri idarə etmədə çətinlik çəkir, özünə nəzarəti itirir; daimi narahatlıq, diqqət, qavrama, yaddaşın zəifləməsi, qərar vermədə çətinlik kimi simptomlarla üzləşir.  


Bir çox hallarda stress fiziki simptomlara da səbəb olur: xüsusilə, sinir və ürək damar, mədə - bağırsaq sisteminə ciddi zərər vurur.  Stress ürək döyüntüsünə və stimullaşmasına səbəb olur. Bu faktorlar isə öz növbəsində ürək fəaliyyətini çətinləşdirir, insult və miokard infarktına səbəb olur. Davamlı stress qan təzyiqinin artmasına, kardiovaskulyar xəstəliklərin inkişafına, bağırsağın qıcıqlanma sindromu,  xora, qastro-ezofageal reflyuks xəstəliyi,  bağırsağın iltihabi xəstəliyi,  ishal; həmçinin, baş ağrıları, əzələ gərginliyi və ağrısı, ağzın quruması, başgicəllənmə, tərləmə; davranış dəyişikliyinə də səbəb ola bilər ki (məsələn, qidalanma vərdişində dəyişikliklər, alkoqol, siqaret və ya dərman istifadəsinin artması) gətirib çıxara bilər.

 


 

Piylənmə, 2-ci tip şəkərli diabet də stress və yuxusuzluq ilə sıx əlaqəlidir.  Davamlı stress həm kişi, həm də qadınlarda reproduktiv funksiyaya ciddi təsir göstərir. Zamanla xroniki stress depressiyaya, tükənmə sindromuna səbəb ola bilər. Təəssüf ki, stresdən uzaq durmaq bizdən asılı deyil. Amma stresə dözümlü olmaq, qalib gəlmək və orqanizmi stresin törətdiyi xəstəliklərdən qorumaq bizdən asılıdır! Buna Neurexan preparatı ilə nail ola bilərik.                İmtahana hazırlaşan abiturient, həkim, müəllim, qulluqçular -  stress, imtahana hazırlaşarkən və imtahan zaman uğurunuza mane olmasın deyə,  –dan istifadə edin. NEUREXAN sizi imtahan həyəcanından azad edəcək.


 Neurexan® Almaniya istehsalı olan biotənzimləyici preparatdır. Preparatın tərkibi passiflora, yulaf, ərəb qəhvə ağacı, zincum valerianicum-dan ibarətdir. 


Neurexan stresi, daxili gərginliyi aradan qaldırır, fizioloji yuxu ritmini bərpa edir.  Uzun müddət istifadəsi tam təhlükəsizdir: asılılıq, kəsilmə sindromu vermir, əksinə,   streslə bağlı yuxusuzluğun tamamilə aradan qaldırılmasına kömək edir.

 



Göstərişləri:


Əqli işlə məşğul olanlarda (məktəbli, abituriyent, tələbə, müəllim və s.) zehni yorğunluğu, diqqət pozulmasını, yuxusuzluğu aradan qaldırır. 

Yuxusuzluq və ya narahat yuxu

Daxili gərginlik

Klimaks dövründə gərginlik, əsəbilik


 Neurexan  gecə yuxusunu bərpa edir, ğündüz yuxululuq vermir! Avtomobil idarə edənlər, elektrik dəzgahlarında çalışanlar, hamilələr və süd verən analar da rahat istifadə edə bilər.                                                                                                                                   Hər yaşda 

Qəbul qaydası: 1 tab x 3 dəfə dilaltına, yeməkdən 30 dəq. əvvəl və ya 1 saat sonra.  

                                                                                                     

Əlaqə nömrəsi:

Tel: (012) 430 89 49


Necə edim ki, imtahan stresindən xilas olum, qorxmayım, həyəcanlanmayım? -  Ən çox verilən suala CAVAB
Necə edim ki, imtahan stresindən xilas olum, qorxmayım, həyəcanlanmayım? -  Ən çox verilən suala CAVAB