Nefroptoz – böyrəklərin sallanması – Öz yerindən çıxan orqanın fəsadları

  • 2019.05.14 19:42
  • 24307 Baxış
Nefroptoz – böyrəklərin sallanması –  Öz yerindən çıxan orqanın fəsadları
Nevroptoz nefroloji xəstəlik olub, böyrəklərin anomal hərəkətliliyi sayəsində öz zonası, sərhədlərindən çıxması, anatomik vəziyyətini dəyişməsi ilə xarakterizə olunan patoloji vəziyyətdir.


Medicina.az xəbər verir ki, zamanla çox insanlarda rast gəlinən xəstəlik insanın həyat və iş rejiminə mənfi təsir edir, böyrəklər və digər orqanlarla bağlı əlavə patologiyalara səbəb olur. 


Böyrəklər hərəkət edirmi?


Normal sağlam insanın böyrəkləri kifayət qədər hərəkətli olur. Qaçış, intensiv idman, fiziki yük zamanı orqanlar yarım sm məsafədə yerini dəyişə bilər. Əgər bu aralanma və ya enmə 2-3 sm-i keçirsə, deməli, nefroptoz yaranacaq. 


Bu xəstəlik kifayət qədər insanda, xüsusən 30-50 yaş arası kişilərdə, gənclərdə, idmançılarda,eləcə də qadınlarda rast gəlinir. 

Xəstə çox zaman bundan xəbərsiz olur, ara –sıra ağrılardan şikayətlənir, nefroptoz olduğunu təsadüfən tibbi müayinədə, USM zamanı öyrənir.

Sağ böyrək sola nisbətən daha çox düşür, çünki sol orqan daha möhkəm bağ aparatı ilə möhkəmlənib.


Yaranma səbəbləri:


Bu xəstəlik mütləq hər hansı xəstəlik və xarici faktorun təsirindən yaranır.


-Qadınlarda ağır yük qaldırma, ağır iş, çoxsaylı hamiləlik, doğuş

-İdmançılarda və ağır işdə çalışanlarda zərbə, travma, yıxılma  bağları zəiflədir

-Çəkinin qəfil itməsi, 200 kiloqramlıq, artıq piyli, çəkili insanın birdən birə çox arıqlaması böyrəklərin bağlarını boşaldır, onları saxlayan piy təbəqəsi itir

-Vibrasiya ilə əlaqəli iş, peşə - vertalyot, təyyarə və s

-Anadangəlmə anatomik çatışmazlıqlar


Əlamətləri:



  • Böyrək öz yerini nə qədər çox sm dəyişsə, bir o qədər qabırğalara doğru keçir və diskomfort yaradır.

  • Xəstə sidiyin rənginin dəyişməsindən və intensiv ağrılardan şikayətlənir.

  • Çox zaman ağrı bel, qasıq və çanaq nahiyəsinə vurur.

  • Damarların daralması nəticəsində fiziolioji maye durğunluğu yaranır, damarların deformasiyası nəticəsində sidikdə qan izləri görülə bilər

  • Simptomlar həzm sistemi ilə qarışır, qəbizlik və ya ishal olur, ürəkbulanma artır. 

  • Böyrəklər yaxşı süzmədiyindən, toksinlər yığılır, orqanizmdə intoksikasiya gedir. Və bundan sonra bədəndə hərarət yüksəlir, gecələr titrətmə, halsızlıq baş verir. 



Müayinə


Uroloq, nefroloq tərəfindən sidiyin analizi, qan analizi, USM, uroqrafiya, lazım gələrsə KT təyin olunur. USM və ya KT zamanı orqanların sallanması, yerdəyişməsi rahatlıqla görünür.


Müalicə


Erkən, birinci mərhələdə dərman müalicəsi ilə effekt alınır.

Xüsusi korset, bondaj taxılır, fizioterapiya, idman təyin edilir. 


Daha ağır mərhələlərdə artıq cərrahi əməliyyat lazım gəlir. Orqan anamotik yuvasına qaytarılır, bağlar bərkidilir. 

 


Nefroptoz – böyrəklərin sallanması –  Öz yerindən çıxan orqanın fəsadları