Palıd qabığının bilmədiyiniz faydaları- Yaraları sağaldır, qanaxmanı dayandırır

  • 2019.11.07 10:45
  • 15580 Baxış
Palıd qabığının bilmədiyiniz faydaları-  Yaraları sağaldır, qanaxmanı dayandırır

Palıdın təzə qabığı və qozası qədim zamanlardan dərman
vasitəsi kimi istifadə edilib. Palıd qabığında çoxlu aşılayıcı maddələr
olduğuna görə bəzi xəstəliklərin müalicəsində əvəzolunmaz faydalı təsirə
malikdir.


 


Medicina.az xəbər verir ki, palıd qabığı antiseptik, iltihab və mikrobəleyhinə,
antioksidant, yarasağaldan təsirinə malikdir. Onun müalicəvi təsiri ənənəvi
tibb tərəfindən təsdiq olunub. Bu müalicəvi bitki bir çox xəstəliklər zamanı məlhəm kimi istifadə edilir. 


 



Dəridə yaralar,
yanıqlar, don vurma zamanı müalicəvi vasitə kimi uğurla sınaqdan keçib.  Bunun üçün 1 xörək qaşığı palıd qabığı 1 stəkan qaynar suda 30
dəqiqə ərzində dəmlənilir və islatmalar şəklində istifadə olunur. İshalzamanı palıd qabığı dəmləməsi daxilə qəbul
edilir və bağırsaqları yaxşı təsir edir. 



Babasil, anal çatlarızamanı palıd
qabığı dəmləməsi oturaq vannaları üçün istifadə olunur və çox yaxşı müalicəvi
effekt verir - qanaxmanı azaldır, düyünləri kiçildir, iltihabı azaldır.



Palıd qabığı dəmləməsi (qarqara şəklində)damaq problemlərizamanı
da çox yaxşı kömək edir - damaqları möhkəmləndirir, onların həssaslığını
azaldır. Həmçinin palıd qabığı dəmləməsi ağızdan gələn pis qoxunu aradan
qaldırır. Palıd qabığı dəmləmələri ağızda stomatitzamanı
da çox yaxşı kömək edir.



Uşaqlarda xroniki
tonzillitzamanı palıd qabığı dəmləməsi badamcıqları
yığır, orada olan məsamələri kiçildir. Lakin onu da nəzərə almaq lazımdır ki,
palıd qabığı ilə qarqaralar yalnız badamçıqlarda irin, kəskin iltihab olmadıqda
istifadə etmək olar.



Onun vasitəsi ilə ayaq vannaları ayaqlardan gələn pis qoxunu
aradan qaldırır, artıq tərləmə ilə mübarizə aparır. Belə vannaları hər gün
axşam yatmazdan əvvəl 1 həftə ərzində etmək lazımdır.



Palıd qabığı ginekologiyada da istifadə olunur - uşaqlıq boynu
eroziyaları, uşaqlıq yolu iltihabları zamanı.



Palıd qabığı saçlara da çox müsbət təsir edir - möhkəmləndirir,
kəpəkdən azad edir.Saçlarınız tökülürsə, yuduqdan
sonra saçlarınızı palıd qabığı dəmləməsi ilə yaxalayın. Bunu uzun müddət
ərzində etmək lazımdır. 1 l qaynar su üçün 5 xörək qaşığı palıd qabığı
götürülür, 30 dəqiqə əzrində dəmlənilir və saçların yaxalanması üçün istifadə
olunur.


 

Bundan başqa mədə qanaxmaları, xoralar, digər qanaxma və mensturasiya zamanı istifadəsi xeyli mübət təsirə malikdir. Qanaxmalar zamanı 1 xörək qaşığı palıd həlimi 200 qram suya qatılıb gündə 3
dəfə 1 xörək qaşığı daxilə qəbul edilir.

 


 


1 su və 2 xörək qaşığı palıd qabığından qatı həlim hazırlanır, 1 hissə
həlim, 4 hissə kərə yağından hazırlanmış məlhəmlə yanıq yaralarından xilas
olmaq olur. 2 hissə doğranmış palıd qabıqları və 1 hissə qara çinar tumurcuqları, 7
hissə kərə yağından hazırlanmış məlhəmlə yataq yaralarından xilas olmaq olur.
Məlhəmi vam odda qaynatmaq və isti-isti
sürtmək lazımdır.

Palıd qabığının bilmədiyiniz faydaları-  Yaraları sağaldır, qanaxmanı dayandırır
Palıd qabığının bilmədiyiniz faydaları-  Yaraları sağaldır, qanaxmanı dayandırır
Palıd qabığının bilmədiyiniz faydaları-  Yaraları sağaldır, qanaxmanı dayandırır