Varikozdan xilas edir - Ucuz, təsirli müalicə üsulları

  • 2017.10.31 17:45
  • 17810 Baxış
Varikozdan xilas edir -  Ucuz, təsirli müalicə üsulları
Varikoz xüsusilə xanımlarda müxtəlif səbəblərdən dolayı yaranır. Sözsüz ki, varikoz xəstəliyi gündəlik həyatda insana ciddi zərərlər verə bilir. Müasir tibbdə xəstəliyin müalicəsi üçün bir çox üsullar təklif edilir. Eyni zamanda yaranmasının qarşısını alan və varikozu azaldan təbii üsullar da mövcuddur.


Medicina.az publika.az-a istinadən varikoz xəstəliyinə müalicəvi və effektiv təsir göstərən təbii üsulları təqdim edir:


Zəncəfilli qarışıq


E vitaminini və 1 çay qaşığı zəncəfili qarışdırın. Əldə edilən cövhəri damarların olduğu nahiyələrə sürtün. Bu, varikozu tamamilə yox etməsə də, müəyyən dərəcədə azaldacaq.


Çobanpüskülü

 

Varikozlu damarlardakı şişkinliyi və tıxanmanı aradan qaldırır. Gündə ən az 100 mq sərf etmək lazımdır.

 

Çiy soğan


Gündə bir ədəd çiy soğan dərini sürətlə yeniləyir. Bu da cildinizdə olan varikoz və damarlı görüntünü minimuma endirir.

 

5 diş sarımsaq


Sarımsağı əzin və çiy halda yeyin. Sarımsaq antioksidant xüsusiyyətindən dolayı vücuddakı zülalları ataraq, damarların xoşagəlməz görüntüsünü azaldır.