Azərbaycanda son 4 ayda 924 əkiz, 33 üçəm doğulub- Əkizlərin sayında artım

  • 2019.06.19 18:40
  • 4155 Baxış
 Azərbaycanda son 4 ayda 924 əkiz, 33 üçəm doğulub-  Əkizlərin sayında artım
Azərbaycanda bu ilin dörd ayı ərzində doğulan körpələrin sayı açıqlanıb.


Medicina.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən (DSK) medicina.az-a verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin dörd ayı ərzində 44741 doğulan körpə qeydə alınıb.


Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (13,8) qalıb. Doğulanların 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır. 


Körpələrdən 924-ü əkiz, 33-ü isə üçəm doğulanlardır.