"Buynuz"u olan kişini əməliyyat etdilər - Hindistanda

  • 2019.09.18 11:27
  • 3723 Baxış
"Buynuz"u olan kişini əməliyyat etdilər -  Hindistanda
Hindistanda qeyri-adi cərrahiyyə əməliyyatı edilib.



Medicina.az xarici mediaya istinadən xəbər verir ki, Madxya-Pradeş şatının Saqar şəhərində pasiyentin başından çıxmış buynuz kəsilib. "Şeytan buynuzu" adlandırılan bu törəmənin 10 santimetrdən böyük olduğu qeyd edilir.


Həmin şəxsin sözlərinə görə, öncə şiş o qədər də böyük olmayıb, daha sonra böyüyərək ona narahatlıq yaradıb. Ona görə də o, həkimə müraciət edərək "buynuz"dan xilas olmağa qərar verib.


Həkimlərin dediyinə görə, əməliyyat uğurlu keçib.