Əl və bilək iflici müalicə edildi

  • 2019.07.09 15:44
  • 4414 Baxış
Əl və bilək iflici müalicə edildi

 
Avstraliya həkimləri tibbdə inqilab ediblər. tədqiqatçılar iflic vurmuş pasiyentlərin sinir sistemi üzərində uğurlu əməliyyat aparıblar.

 


Belə ki, avtomobil
qəzaları və idman karyeralarındakı bədbəxt hadisələrdən sonra hərəkət
etmə qabiliyyətlərini itirən xəstələrə sinir nəql olunub.


 Medicina.az BBC agentliyinə istinadla xəbər verir ki, bu pasiyentlər əməliyyatdan sonra əllərini və biləklərini yenidən hərəkət etdirə bilirlər.


 


Avstraliyanın Melbörn şəhərinin həkimləri 13 xəstəyə sinir nəqli
həyata keçirdərək həyata dönmələrinə nail olublar. Belə ki, bu yolla
xəstələrin əl-ayaqları ilə beyinləri arasında yenidən əlaqə yaranıb.


 


 


4 ildən çox davam edən mürəkkəb tibbi prosedurda sonra xəstələr artıq mobil telefon istifadə edir, kömək olmadan yemək yeyirlər.

Lakin əməliyyatdan sonra xəstələr iki il müddətində fizioterapiya kurslarını keçməlidrlər.


Əvvəllər praktiki olaraq, köməksiz vəziyyətdə olan insanlar indi özləri
müstəqil qidalanmaq, kompüter arxasında işləmək, yemək hazırlamaq, hətta
makiyaj etmək imkanına malikdirlər.