Həkimlər 25 yaşlı qızda süd vəzi xərçəngindən şübhələnmədilər

  • 2019.11.06 18:39
  • 8827 Baxış
Həkimlər 25 yaşlı qızda süd vəzi xərçəngindən şübhələnmədilər
Gənc qız 1 il öncə süd vəzisində bərkimə və düyün aşkar edib həkimə müraciət etsə də, həkimlər onun yaşının hələ az olmasına əsaslanıb xərçəng ola biləcəyini güman etməyərək, əlavə dəqiq müayinələr aparmayıblar.


Medicina.az xəbər verir ki, kuryoz olay Nyu Yorkda Steysi Ekselrod adlı gənc qızın başına gəlib. 


Həkimlər "səndə heç nə yoxdur” deyib evə göndərsələr də, 1 il ərzində həmin bərk hissə daha da böyüyür. 2018-ci ildə nəhayət ki, qızı USM edirlər və süd vəzidə şiş aşkarlanır. 


40 yaşa kimi gənc qadınlarda nadir halda rast gəlinən süd vəzi xərçəngi bu yaşda qızlarda daha aqressiv olur. Qız kimya terapiyadan keçib və bir süd vəzisi kəsilib. 


Pasiyent bloq açaraq, sosial şəbəkələrdə gənc qızları həkimlərin rəyinə baxmayaraq, süd vəzilərində narahatlıq olan kimi dəqiq analiz və müayinələrdən keçməyi təbliğ edir.