Narkoz zamanı xəstənin protezi boğazına düşüb- Həkim səhlənkarlığı

  • 2019.08.15 17:18
  • 4429 Baxış
Narkoz zamanı xəstənin protezi boğazına düşüb-  Həkim səhlənkarlığı
Tibdə kuryoz hesab ediləcək hadisə 72 yaşlı xəstənin başına gəlib. 


Medicina.az xarici mətbuata istinadən xəbər verir ki,  72 yaşlı  kişi qarnında aparılan əməliyyatdan  8 gün sonra udquna bilməmək və dəhşətli  öskürək şikayətləri ilə həkimə müraciət edib. Rentgen müayinəsi aparılan zaman isə ortaya çıxan görüntü həkimləri şoka salıb.


Belə ki, əməliyyat zamanı xəstənin ağzında olan protez dişlər onun boğazına düşüb. Bu hadisə tibb dünyasını ayağa qaldırıb.

 

Mütəxəssislər baş verənlərin həkim səhlənkarlığı olaraq dəyərləndiriblər.

 

Protez dişləri olan insanlar narkoz verilən zaman onların dişləri çıxarılmalıdır. 72 yaşlı ingilisin dişini çıxarmaq isə heç kimin ağlına gəlməyib.