Siqaretin faydaları var?

  • 2019.09.24 10:09
  • 15291 Baxış
Siqaretin faydaları var?
Uzun illərdir Ümumdünya Sağlamlıq Təşkilatı həyəcan təbili çalır - Siqaret çəkmək sağlamlıq üçün ziyandır. Ancaq son aparılan araşdırmalara inansaq, onda siqaret sağlamlıq üçün o qədər də təhlükəli deyil.


Sağlamlığa olan təhlükə hətta siqaret qutuların üzərində də əks olunub. İndi isə bu zəhərli tüstünün faydasının da olduğu deyilir. Bəs bu nədir?


Sağlam Dizlər: Avstraliyanın Adelaide Universitetinin alimləri yaxın zamanda müəyyən ediblər ki, siqaret çəkənlərin oynaqları, xüsusilə dizləri daha az zərər görür. Bu nəticə bu ilin yayında əldə edilsə də, onun səbəbi açıqlanmayıb. Ancaq nikotin hansısa yolla osteoporozdan (sümük sisteminin deformasiyası ilə müşahidə edilən xəstəlik) qoruyur, qığırdaq və vətərlərin dağılmasının qarşısını almağa kömək etdiyi ehtimal edilir.


Parkinson riskinin azalması: Aparılan bir neçə elmi iş sübut edir ki, siqaret çəkənlər parkinson xəstəliyindən daha az əziyyət çəkirlər. Guya ki, tütün tüstüsü hər hansı müdafiə təbəqəsi yaradır. Anoloji nəticəyə Harvadrın elmi işçiləridə gəliblər. Ancaq onlar fərqli bir xüsusiyyəti də tapa biliblər - insanı siqareti atan kimi onun qoruyucu təsiri tamamilə itir.


Piy demək olar ki, yoxdur: Siqareti atdın - kökəldin, çəkdin-arıqladın. Bu nəzəriyyə aydındır. Ancaq 2009-cu ildə alimlər bu məsələnin kökünə getdilər.Piy insan orqanizmində xüsusi zülal ayırır. Onu AZGP1 geni kimi kodlaşdırırlar. Məhz Nyu-Yorkun Kornel universitetinin alimləridə bu gen üzərində işləyiblər. Onlar müəyyən ediblər ki, siqaret çəkənlərdə bu xeyli fəaldır. Yəni yağı yandıran zülalın yüksək səviyyədə yaranmasını təmin edir. Bu nəticələri siqaret çəkən və çəkməyənlərdən götürülən nümunələrin tədqiqi sayəsində əldə etmək mümkün olub. Düzdür, burada da tütünün tərkibindəki hansı maddənin genin yaranmasını sürətləndirdiyi hələ də sirr olaraq qalır.

Amma buna baxmayaraq, mütəxəssislər arıqlamaq üçün olsa belə, tüstüləməyi məsləhət görmürlər. Çünki kökəlmək sağlamlığı başqa təhlükələrlə üz-üzə qoymaqdan daha yaxşıdır.


İnfarktdan ölmə riski azalır: Mütəxəssislər əmin edirlər ki, siqaret çəkənlərin arteriya damarlarını genişləndirmək çəkməyənlərə nisbətən daha asandır. Bu cür əməliyyatlar infarkt riskini azaldır. Alimlərin fikrincə, siqaret çəkənlər çəkməyənlərlə müqayisədə damarlarla bağlı problemlərlə tez rastlaşırlar. Onların damarları daha elastik olur.


Koreyalı alimlərin sözlərinə görə, qan damar sistemi xəstəlikləri və arterial damarda troblaşmanın profilaktikası üçün nəzərdə tutulan "Klopidogrel" adlı preparatlar siqaret çəkən insanlara daha yaxşı təsir edir. Effekt gündə 10 siqaret çəkənlərdə hiss edilir.