Parnik tərəvəzlərindən gələn təhlükə - VİDEO

  • 03 Aprel, 2019
  • 7643 Baxış
Parnik tərəvəzlərindən gələn təhlükə - VİDEO
  "Qış” pomidorunun görünüşü yaxşı olsa da, dadı plastması xatırladır. 

Medicina.az bildirir ki, istixana şəraitində yetişdirilən tərəvəzlər torpaqda deyil, onu əvəz edən kokos liflərində yetişdirilir. Lakin bu, bitkinin inkişafı üçün kifayət deyil.

Böyümə zamanı  istixana bitkilərini makro və mikroelementlərlə təmin edirlər. 

Lakin yalnız torpaq əvəzləyicisi və  qidalı maddələrlə tərəvəz yetişdirmək olmaz. Onların lazımı rəngi alması, tərkibində fruktozanın lazımı miqdarda olması və mayalanması üçün bir sıra şərtlər olmalıdır. Buna görə də bir çox istixanalarda arı saxlanılır. Bu, həmçinin də tozlanmanın normal getməsi üçün vacibdir. Yaxşı tozlanma nəticəsində tərəvəz normal ölçüyə çatır və istənilən rəngi alır. 

İstixanada yaşayan başqa bir "əməkdaş” isə yırtıcı həşərat olan entemofaqdır. Onlardan isə ən məşhuru makrolofusdur.